Naxçıvanda ÜDM artıb

2018-ci ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 524 mln. 186 min manatdan artıq olub ki, bu da bir il öncəki müvafiq göstəricidən 1,1% çoxdur.

“APA-Economics” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% artaraq 1156 manatı ötüb.

Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 54,1% təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-mart aylarında sənaye məhsulu 1,5%, əsas kapitala yönəldilən vəsaitlər 2,7%, kənd təsərrüfatı məhsulu 3%, nəqliyyat sektorunda yük daşınması 1,8%, informasiya və rabitə xidmətləri 1,6%, o cümlədən mobil rabitə xidməti 1,9% artıb.

Zdrave universal kremi zdrave forte