Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Bölgələr / Naxçıvanda 7 deputat, 14 bələdiyyə sədri qadındır

Naxçıvanda 7 deputat, 14 bələdiyyə sədri qadındır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 7-si, muxtar respublikada bələdiyyə üzvlərinin 276-sı qadındır.
Azinforum.az  xəbər verir ki, hazırda muxtar respublikada 14 qadın bələdiyyə sədri, 70 qadın təhsil, 28 qadın mədəniyyət müəssisələrinin rəhbəri vəzifəsində çalışır, 2 qadın elmlər doktoru, 88 qadın fəlsəfə doktorudur. Ümumilikdə, təhsil, mədəniyyət və səhiyyə sahəsində 17 mindən artıq, dövlət qulluğunda 513 qadın işləyir, 7590 qadın idmanın müxtəlif növləri ilə məşğul olur. Yeni Azərbaycan Partiyasının muxtar respublika təşkilatında 23 min 175 qadın təmsil olunur.

Hazırda muxtar respublikada 4309 qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Ali təhsil müəssisələrinə qəbul zamanı 500-700 intervalında bal toplayan abituriyentlər arasında qızlar üstünlük təşkil edib.

VIPedu.BIZ

Həmçinin oxuyun

100-dən çox sürücü saxlanılıb – VİDEO

Dövlət Yol Polisinin (DYP) əməkdaşları Mingəçevirdə reyd keçirib. Ötən gün səhər saatlarından axşamadək davam edən …