Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Bölgələr / İmişlidə rəzalət: “Dövlət Müstəqillik Günü” münasibəti ilə təşkil edilən yarış dayandırılıb

İmişlidə rəzalət: “Dövlət Müstəqillik Günü” münasibəti ilə təşkil edilən yarış dayandırılıb

İmişli Olimpiya Kompleksində “Dövlət Müstəqillik Günü”nə həsr olunmuş kikboksinq çempionatı İmişli rayon Gənclər və İdman idarəsinin müdiri Ceyhun Abdulov tərəfindən yarımçıq saxlanılıb.

Avropa.info-nun məlumatına görə, 20-21 oktyabr tarixində 12-dən çox şəhər və rayonun, 100-dən çox azyaşlı və yeniyetmələrdən ibarət komandalarının iştirakı ilə keçirilməsi nəzərdə tutulan “Dövlət Müstəqillik Günü”nə həsr olunmuş kikboksinq çempionatını İmişli rayon icra başçısının müavininin tapşırığı ilə ləğv edilib. Səhər saat 10:00-da İmişli Olimpiya Kompleksinin əməkdaşları qapıları bağlayaraq çempionata gələn idmançıları içəri buraxmmayıb “İmişli rayon icra başçısının müavini Səfa Ağayev göstərişidir” deyiblər.

Səfa Ağayev

Hadisə ilə bağlı əməkdaşımız Səfa Ağayevlə əlaqə saxlayıb. Səfa Ağayev “Mən belə bir tapşırıq verməmişəm, sadəcə rayona gələn qonaqlar üçün Kompleksin yataqxanasında 32 nəfərlik yer istəmişik” deyə qeyd edib.

Belə ki, ölkə başçısının daim idmana göstərdiyi qayğını görməzdən gələn İmişli Rayon Gənclər və İdman idarəsinin müdiri Ceyhun Abdulov,  “Dövlət Müstəqillik Günü”nə həsr olunmuş kikboksinq çempionatının keçirilməsinə mane olub.

İmişlinin fəal gənclərinin şəxsi təşəbbüsü ilə keçirilən intellektual oyunlar və idman çempionatlarını öz idarəsinin “gördüyü işləri” kimi hesabatına qatan Gənclər və İdman İdarəsinin müdiri nə üçün və kimə lazımdır?

Ceyhun Abdulov

VIPedu.BIZ

Həmçinin oxuyun

DAHA BİR ELEKTRİK STANSİYASINDA PARTLAYIŞ – Yaralılar var

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub. “Report”un Qərb bürosu xəbər verir ki, partlayış zamanı xəsarət …