Cümə , Yanvar 18 2019
Ana səhifə / Bölgələr / İcra başçısının qohumu narazılıq yaradır… – GİLEY

İcra başçısının qohumu narazılıq yaradır… – GİLEY

Göyçay şəhəri Səməd Vurğun küçəsi ev 24 sakini Əliyev Vaqif Rafiq oğlu tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşının kürəkəni Famil Bəkirova məxsus “Famil A” MMC 500 dən çox vətəndaşın maaş kartına sahib olub.Belə ki, işsizliyin aradan qaldırılması proqramına əsasən Göyçay rayon icra hakimiyyəti müsabiqə keçirib və bu lahiyənin tenderinin məhz başçının qohumu Famil Bəkirovun adına yaradılmış “Famil A” MMC qalibi olub. Bundan sonra rayonda aparılan tikinti-təmir və digər işlərində fəhlə kmi işlədilməsi adı ilə 500 çox vətəndaşa maaşlar yazılıb başçı tərəfindən mənimsənilmişdir.

Hazırda həmin maaş kartları adları işçi kimi qeydə alınmış vətəndaşlarda deyil Famil Bəkirovun cibindədir.Talan edilən pulun 90 % Mehdi Səlimzadəyə çatır.Hər ay 500 nəfərdən çox vətəndaşa maaş yazılır anacaq nə iş var, nədəki adları işçi kimi yazılan şəxslərin maaşdan xəbələri yoxdur”.

Dia.az bildirir ki, bundan sonra narazı vətəndaş ağır ittihamlar səsləndirir və müraciətini belə davam etdirir: “İcra başçısı Mehdi Səlimzadənin və yaxın qohumlarının etdikləri özbaşınalıqlardan Göyçay rayon sakinləri beziblər”.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

İcra başçısının qohumu narazılıq yaradır...
İcra başçısının qohumu narazılıq yaradır...

VIPedu.BIZ

Həmçinin oxuyun

Qax icra hakimiyyəti adına biabırçılıq… – FOTOFAKT

Qax rayonunda Heydər Əliyev prospekti ilə Natavan küçəsinin kəsişməsində zibil əlindən tərpənmək mümkün deyil. Bunu …