Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Bölgələr / İcra başçısının oğlu 1 milyon manata OBYEKT ALDI – FOTO

İcra başçısının oğlu 1 milyon manata OBYEKT ALDI – FOTO

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.

Unikal.org xəbər verir ki, icra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki “Bellezza” gözəllik mərkəzini istifadəyə verib. Bundan əlavə icra başçısının oğlu yeni yaşayış binasının 1və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

Qeyd edək ki, Dəyanət Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır.


VIPedu.BIZ

Həmçinin oxuyun

DAHA BİR ELEKTRİK STANSİYASINDA PARTLAYIŞ – Yaralılar var

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub. “Report”un Qərb bürosu xəbər verir ki, partlayış zamanı xəsarət …