Füzuli rayonundan olan müəllimlər MM qarşısına toplaşdı – “11 aydır maaşlarımızı ala bilmirik”

İşğal altında olan torpaqların təhsil və səhiyyə işçiləri 11 aydır ki, dondurulmuş əməkhaqqını ala bilmirlər.
Azinforum.az  xəbər verir ki, bu barədə “Yenicag.az” xəbər yayıb. Saytın məlumatına görə, Milli Məclisin önünə toplaşan bir qrup müəllim və həkimlər yaranmış problemlərlə bağlı millət vəkilləri ilə görüşmək istədiklərini bildiriblər. Şikayətçilərdən biri, Füzuli rayonundan olan Fərid müəllimin sözlərinə görə, artıq bıçaq sümüyə dirənib:

“Bizim səsimizi eşidən yoxdur. Düz 1 ilə yaxındır ki, dondurulmuş əməkhaqqını ala bilmirik. Halal pulumuzu istəyirik, başqa heç nə… Bu gün də bura yığışmağımızda səbəb odur ki, bəlkə Füzuli rayonundan olan deputatlardan kiminləsə görüşüb, dərdimizi dedik. Hələ ki, gözləyirik. ”

RealMedia.az bildirir  ki, ötən günlərdə Füzuli rayon təhsilində baş verən qanunsuzluqlar və neqativlər barədə yazıblar. Həmin yazılarımızda qeyd etmilir ki, Ramella Məmmədova Füzuli rayon Təhsil Şöbəsinə müdir təyin olunandan sonra sabiq müdir Almaz Həşimovadan rayon təhsilinə miras qalan tənəzzül tendensiyası daha da dərinləşib və artıq bu sahə süquta yaxınlaşmaqdadır. Beyləqan rayonunda yerləşən 22, 24, 27, 55, 43,16, 17, 18, saylı köçkün Füzuli şəhər məktəblərinin fəaliyyəti kağız üzərindədir. Çünki faktiki olaraq həmin məktəblərin xidmət etdiyi şagird kontingenti Füzulidə yeni salınan və hər cür infrastrukturla, o cümlədən məktəblərlə təmin olunan qəsəbələrə köçürülərək orada məskunlaşıblar və təzə məktəblərdə təhsillərini davam etdirirlər. Beyləqandakı sözügedən Füzuli məktəblərində davamiyyət sıfra bərabərdir.