Çərşənbə axşamı , Sentyabr 25 2018
Ana səhifə / Bölgələr / Diplomunun saxta olduğu deyilir, amma yerli məhkəməni udub… – QALMAQAL

Diplomunun saxta olduğu deyilir, amma yerli məhkəməni udub… – QALMAQAL

Zərdab rayon Maliyyə İdarəsinin müdiri Sakit İfrat oğlu Məmmədovun saxta diplomla uzun illər yüksək vəzifədə çalışması zərdablıları çox təəccübləndirib.
Zərdab rayon Maliyyə İdarəsinin müdiri Sakit Məmmədov heç bir ali təhsil almayıb.O, rayonda qarmon çalğı alətini ifa etməklə uzun müddət toylara gedib. Birdən-birə onu Zərdab rayon Maliyyə İdarəsinə müdir müavini vəzifəsinə təyin ediblər.Bir müddət sonra idarənin müdiri işdən çıxarılıb və Sakit Məmmədov Maliyyə İdarəsinin müdiri vəzifəsini icra etməyə başlayıb.Bu minvalla Sakit Məmmədov düz 6 ildir ki, Zərdab rayon Maliyyə İdarəsinin müdiri vəzifəsini icra edir. Sakit Məmmədovun ali təhsil almamasını və diplomunun saxta olmasını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rəsmən təsdiq edib.

Belə ki,Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Zərdab rayon prokurorluğuna göndərdiyi 14.03.2015-ci il tarixli 139-d-15 saylı məktubunda göstərilib ki, “Zərdab şəhər sakini Məmmədov Sakit İltimas oğlu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 1992-2014-cü il tarixlərdə ali və orta ixtisas təhsili müəssisələrinə keçiriliən qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermiş abutureyintlərin siyahısında aşkar edilməmişdir.”

Bu fikirlər Zərdab rayonu M.Xəlilov küçəsi ev 14 -də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse- prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova və Maliyyə naziri cənab Samir Şərifova,KİV-lərə ünvanlanan müraciətdəndir.

Bir müddət əvvəl mətbuata ünvanlanan müraciətdə Sakit Məmmədovun “diplom”u haradan almasından, saxta yollarla külli miqdarda sərvət toplamasından,çoxsaylı evlərə və villalara,ticarət obyektlərinə v s.sahib olmasından da bəhs olunurdu.

Faktinfo.az-a daxil olan məlumata görə,Sakit Məmmədov özünə bəraət qazandırmaq üçün Zərdab rayon Məhkəməsinə müraciət edib və Mirzəyev Rövşən Cəfər oğlunun böhtançı kimi otuz (30)min manat təzminat ödəməsi barədə qərar çıxarılmasını tələb edib.Məhkəmə isə min beş yüz (1500) manat ödənilməsi barədə qərar çıxarıb.

Aydın məsələdir ki,məbləğindən aslı olmayaraq,təzminat ödənilməsi haqqında qərar çıxarılması iddiaçı tərəfin haqlı olması anlamına gəlir. Çox maraqlıdır,Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 14.03.2015-ci il tarixli 139-d-15 saylı məktubu rəsmi sənəd hesab olunursa,onda Zərdab rayon Məhkəməsi hansı əsasla Maliyyə İdarəsinin müdirini haqlı çıxarıb?

Onu da qeyd edək ki, Zərdab rayon Maliyyə İdarəsinin müdiri Faktinfo.az-a açıqlamasında məhkəmənin məlum qərarı ilə bağlı məlumatı təsdiqləyib.

Həmçinin oxuyun

Naxçıvanda 45 müəllim işlə təmin olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri …