Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Bölgələr / Cəlilabadın icra başçısı qəbuluna əlil arabasında gələn vətəndaşdan gizləndi – VİDEO

Cəlilabadın icra başçısı qəbuluna əlil arabasında gələn vətəndaşdan gizləndi – VİDEO

Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən təzyiqlərə məruz qalıb.

Belə ki, Cəlilabad rayonuna yeni təyinat alan icra başçısı Namiq Zeynalov icra başçısı nəinki sıravi vətəndaşları, hətta Komanlı kənd sakini, I qrup əlil olan Rəşad adlı şəxsə qarşı belə saymamazlıq edib. Əlil arabasında icra başçısı ilə görüşə can atan Rəşad idarənin işçiləri tərəfindən də təzyiqlərə məruz qalıb. Ona nə köməklik etdilər, nə də prolemlərini dinlədilər. Bir sözlə, şikayətçilər dərdlərini bölüşmək üçün sıraya düzülsələr də, onları dinləməli olan Namiq Zeynalov üzə çıxmadı.

Ümumiyyətlə rayon sakinləri Cəlilabada yeni təyin olunmuş icra başçısı Namiq Zeynalovdan son dərəcə giley-güzar edirlər. “Dərdimizi kimə deyək?“ – deyə yaşlı bir qadın rayon rəhbərliyi ilə görüşmək niyyətində olduğunu bildirsə də, onu qəbul edən olmadi.

Halbuki, rayon icra başçısı öz səlahiyyətlərini yerine yetirməyə borcludur. Hakimiyyətin bölgüsü prinsipinə görə icra hakimiyyəti dövlət hakimiyyətinin əsas qolunu təşkil edir. Bundan başqa, ölkə rəhbəri İlham Əliyevin göstərişinə əsasən, məmurlar vətəndaşları dinləməyə, onların problemlərini həll etməyə borcludurlar. Cəlilabad icra başçısı isə əksinə, “Burda mənəm, Bağdadda kor xəlifə” deyib yerli camaatı incitməkdən çəkinmir.

Azinforum.az Bölgə TV-nin əməkdaşlarının Cəlilabad rayonunda lentə aldıqlarını olduğu kimi sizlərə də təqdim edir.

VIPedu.BIZ

Həmçinin oxuyun

100-dən çox sürücü saxlanılıb – VİDEO

Dövlət Yol Polisinin (DYP) əməkdaşları Mingəçevirdə reyd keçirib. Ötən gün səhər saatlarından axşamadək davam edən …