Şənbə , Fevral 23 2019
Ana səhifə / Bölgələr / Bölgələrə güclü qar yağmağa başladı (VİDEO)

Bölgələrə güclü qar yağmağa başladı (VİDEO)

Azərbaycanın bölgələrinə güclü qar yağmağa başlayıb.

Trend-in məlumatına görə, Gədəbəy, Oğuz, Qusar və digər rayonlara yağan qarın hündürlüyü 10 santimetrə çatıb.
Güclü qar bölgələrə yağmaqda davam edir.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. 


Həmçinin oxuyun

Əliməmməd Nuriyev: Naxçıvanda böyük infrastruktur quruculuğu həyata keçirilib

Muxtar respublikanın Ordubad rayonunun Azadkənd kəndində su təchizatı sisteminin inşası layihəsi kənd əhalisini içməli su …