Cümə , Yanvar 18 2019
Ana səhifə / Bölgələr / Azərbaycanın bu kəndində su hələ də səhənglə daşınır – VİDEO

Azərbaycanın bu kəndində su hələ də səhənglə daşınır – VİDEO

Tovuzun Aşağı Öysüzlü kəndində böyükdən kiçiyə hər kəs hələ də suyu səhənglə daşıyır.

Burada qədim adət-ənənə bu gün də qorunub saxlanılır.

Misdən hazırlanan səhənglər su ilə dolu halda ağır olsa da, kənd sakinləri uzun məsafə qət edərək 2 əsrə yaxın yaşı olan bulaqdan içməli suyu məhz bu səhənglərlə daşıyırlar.

Qadınlar səhənglə su gətirmək üçün səhər saatlarından bulaq başında növbə gözləyirlər. Kənddə hələ də yaşadılan adət-ənənələrdən biri də bulaq başında tanışlıqdır.

Kənd sakinləri bildirirlər ki, texnologiya nə qədər inkişaf etsə də səhənglə su daşımaq onlar üçün keçmişin yadigarı olaraq qalacaq.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

Qax icra hakimiyyəti adına biabırçılıq… – FOTOFAKT

Qax rayonunda Heydər Əliyev prospekti ilə Natavan küçəsinin kəsişməsində zibil əlindən tərpənmək mümkün deyil. Bunu …