Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Bölgələr / Azərbaycan boksçusu 2 ermənini udub Avropa birincisi oldu

Azərbaycan boksçusu 2 ermənini udub Avropa birincisi oldu

Rusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyi keçirilir

Azərbaycan boksçusu Əli Zamanov Rusiyanın Anapa şəhərində keçirilən Avropa birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

48 kq çəki dərəcəsində mübarizə aparan Əli Zamanov ardıcıl olaraq, ermənistanlı Hayk Alaberkyan, rusiyalı Eduard Voskanyan və bolqarıstanlı Krasimir Churova qalib gələrək yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub – 4:1.

Həlledici görüşdə İngiltərə boksçusu Jo Makqrail ilə qarşılaşan həmyerlimiz bu döyüşdə də inamlı qələbə qazanıb. Əməkdar məşqçi Fərid Mayılovun yetirməsi rəqibindən 4:1 (29:28, 29:28, 28:29, 29:28, 29:28) hesabı ilə üstün olub. (AZƏRTAC)

VIPedu.BIZ

Həmçinin oxuyun

DAHA BİR ELEKTRİK STANSİYASINDA PARTLAYIŞ – Yaralılar var

Samux rayonunda elektrik yarımstansiyasında partlayış olub. “Report”un Qərb bürosu xəbər verir ki, partlayış zamanı xəsarət …