Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Bölgələr / Astarada gənc müəllimdən məktəbdə yığılan RÜŞVƏTƏ ETİRAZ – Dərsi boykot etdi

Astarada gənc müəllimdən məktəbdə yığılan RÜŞVƏTƏ ETİRAZ – Dərsi boykot etdi

Astara rayon 2 saylı tam orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev ona edilən haqsızlıqları boykot edərək dərslərə getməmək qərarına gəlib.
Bununla bağlı gənc müəllimin özü sosial şəbəkədə paylaşım edib.
Bildirib ki, müəllimlərin İşə qəbul imtahanından 54 balla Astara şəhər 2 saylı orta məktəbə qəbul olub. Elə o gündən də Rayonun Təhsil Şöbəsi və direktorla problemləri başlayıb:
“Astara RTŞ-yə getdim, yüksək bal topladığım üçün mənə təmayül dərsləri təklif etdilər. Ancaq sonradan xərci olduğunu dedilər. Mən məsələni sosial şəbəkədə qabartdım və bir qəpik vermədən 12 saat dərs aldım. Təhsil Şöbəsinə pul verməsəm də, məktəbə gedən gündən müxtəlif adllarla pul yığmağa başladılar. Gah deyirlər partalar sınıb, gah deyirlər məktəbi təmir edirik. Gedib baxıram heç nə yoxdur. Bir-iki ay pul ödədim sonra vermədim. Belə olan halda məktəbdə ilk dəfə təşkil etdiyim Conversation Club (danışıq kursu) otağını məndən alıb tibb otağı yaradacaqlarını dedilər. Şagirdlərə tam ödənişsiz danışıq dərsi verirdim, ancaq indi otaq boş qalıb, heç nə yaradılmayıb. Dəfələrlə Maya xanım (məktəbin direktoru Maya Həsənova) şagirdlərimin yanında məni məzəmmət edib və şəxsiyyətimi alçaltmağa çalışıb”.
Gənc müəllim bütün bunların direktor tərəfindən onun könüllü ərizə yazıb işdən çıxması üçün edildiyini vurğulayıb:
“Astaranın bütün məktəblərində gənc müəlllimləri sıxışdırırlar. Gedib fəhləlik edəcəm, amma haqsızlığa qarşı əyilməyəcəm. Haqq öz yerini tapana, rüşvətxor məmurlar cəzasına çatana qədər işə çıxmayacağam. Qoy diaqnostik qiymətləndirmədən 15-20 bal toplayanlar bir müddət məni əvəz edib işləsin. Mənim dərdim dərs saatı deyildi”.(“Qafqazinfo”)

Həmçinin oxuyun

Lerikdə yaşayış binası və yeni məktəb tikiləcək – Sərəncam

Prezident İlham Əliyev Lerik şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda …