Cümə axşamı , Yanvar 24 2019
Ana səhifə / Bölgələr / 40-dan çox ölkədən Naxçıvana pul köçürülüb

40-dan çox ölkədən Naxçıvana pul köçürülüb

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 17 bank qurumunun hamısında təcili pul köçürmələri sistemi fəaliyyət göstərir.

Belə ki, 2018-ci ilin yanvar-sentyabr aylarında təcili pul köçürmələri vasitəsilə dünyanın 40-dan çox ölkəsindən muxtar respublika vətəndaşlarının adına 4 milyon 865 minABŞ dolları məbləğində pul köçürülüb və banklar vasitəsilə ödənilib.

2018-ci il oktyabrın 1-nə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 milyon 655 min manat olub ki, bunun da 5 milyon 172 min manatını milli valyutada, 1 milyon 483 min manatını isə xarici valyutada olan əmanətlər təşkil edir.

VIPedu.BIZ

Həmçinin oxuyun

Şəhər qəbiristanlığında böyük həngamə: Belə getsə, ölülər dilə gələcək…

Tovuz sakinləri şəhərin ən böyük qəbiristanlığının avtodayanacaq və zibilliyə çevrilməsindən narazıdırlar. Sakinlər qəbiristanlığın rayonun əsas …