24 İyun 2017, Şənbə

Bakıdakı hərbi hissələrdə taksofonların sayı artırılacaq

20:42 | 19.06.2017
287 dəfə oxundu

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda yerləşən hərbi hissələrdə taksofonların sayını artıracaq”.

Bunu Trend-ə layihəyə yaxın mənbə deyib.

Məlumatda qeyd olunur ki, taksofonlar həmçinin azadlıqdan məhrum etmə müəssisələrində quraşdırılacaq.

Mənbə bildirib ki, bu zonalarda taksofonlara tələbat çox böyükdür.

Qeyd edək ki, hazırda “Bakı Telefon Rabitəsi” xidmət dairəsində 355 taksofon fəaliyyət göstərir.