24 İyun 2017, Şənbə

 BABA RZAYEV  ELEKTRİK ENERJİSİNİ NECƏ İSRAF EDİR ? – FOTOLAR

13:31 | 29.05.2017
602 dəfə oxundu

Bakı və ölkənin bölgələrini (Naxçıvandan başqa) elektrik enerjisiylə təmin edən «Azərişıq» ASC tariflərin artırılmasına, gəlirlərinin 26.7 faiz yüksəlməsinə baxmayaraq, 2016-cı ili zərərlə başa vurub.

Şirkətin açıqladığı maliyyə hesabatına görə, elektrik enerjisi satışının həcmi 959 milyon manata yaxın olub. Di gəl, xərclərin artımı gəlirləri üstələyib. Nəticədə ötən ilin iyulun 15-dən elektrik enerjisini istehsalçıdan 4.3 qəpikdən (bunadək 4.1 qəpik) alan və istehlakçıya 6 qəpikdən deyil, 7 qəpikdən satan «Azərişıq» ASC-nin mənfəəti artmaq əvəzinə, il ərzində 3.7 milyon manat azalaraq 73.1 milyon manata düşüb. 2016-cı ilin dekabrın 1-dən isə istehlakçılara elektrik satışı tarifi differensiallaşdırılaraq 7-9-11 qəpik müəyyən edilib.

Baba Rzayevin rəhbərlik etdiyi qurumun belə zərərli işləməsinin səbəblərindən biri də yəqin ki, paytaxtın küçə və prospektlərində elektrik enerjisinə qənaətin edilməməsilə bağlıdır. Azinforum.az bu gün paytaxtın Ziya Bünyatov prospektindəki mənzərəni təqdim edir. Çəkilən fotolardan da görünür ki, günörta sattalarnın olmasına baxmayaraq, həmin prospekti işiqlandıran fonaralarda elektrik enerjisinin verilməsi dayandırılmayıb. Qeyd edək ki, bu mənzərəni şəhərin əksər yerlərində müşahidə etmək mümkündür.

 

Rövşən ƏLİ

Azinforum.az