24 İyun 2017, Şənbə

Azərbaycanlı taksi sürücüsü turisti aldatdı – 1500 manat aldı

12:08 | 19.06.2017
359 dəfə oxundu

Rusiyaya gələn çilili jurnalisti azərbaycanlı taksi sürücüsü aldatıb.

” Azinforum.az ” Baku.WS-ə istinadən xəbər verr ki, jurnalist Dieqo Saes Miranda Domodedovo hava limanından çıxıb taksi saxlayıb. Otelə çatanda sürücü gedişhaqqı kimi ondan 50 min rubl (1500 AZN) alır.

Çilili jurnalist aldandığını başa düşərək polisə müraciət edib. Sürücünün azərbaycanlı olduğu məlum olub. O, jurnalistə pulu qaytararaq üzr istəyib.

“Mən onu aldatmaq istəməmişəm. Gediş haqqı 5 min olduğunu dedim. O, mənə çox verəndə elə başa düşdüm ki, bəxşiş verir”. Taksi sürücüsü deyib.

Qeyd edək ki, ötən gün Rusiyada Konfederasiya kuboku başlayıb. Turnirin açılış matçı Rusiya ilə Yeni Zenlandiya (2:0) arasında baş verib.