Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Editor (səhifə 787)

Editor

Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır

Mart ayının 18-dən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qələbə-Bakı sürətli sərnişin qatarı fəaliyyətə başlayır. Sürət qatarının reysləri həftə sonları təşkil olunacaq. Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olacaq. Qeyd edək ki, Bakı-Qəbələ dəmir yolunun açılışı 2021-ci ilin mayın 15-də baş tutub.

Ətraflı oxu »

“Mən Azərbaycanda doğulmuşam, Ermənistanda yox, pasportumu dəyişin” – ÇAĞIRIŞ

“Ölkəmizdə bəzi vətəndaşlarımız Qərbi Azərbaycanda doğulub, lakin onların şəxsiyyət vəsiqələrinə “Ermənistan SSR” və ya Ermənistan Respublikası yazılır. Hesab edirəm ki, bu sahədə dəyişiliklərə ehtiyac var”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni deyib. O, bildirib ki, Azərbaycan müstəqil dövlətdir və konstitusiyamız bu dəyişilikliyi etməyə əsas …

Ətraflı oxu »

“Niyə kişi hər istədiyini edəndə fahişə olmur?!” – Nura Suri

“Qadınlara qarşı bu münasibət nə vaxt dəyişəcək? Niyə kişilər hər istədiyini edəndə fahişə olmur, qadının kiminləsə münasibəti olanda, şəkilləri yayılanda həyatı məhv olur?” Bu sözləri sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb. O qeyd edib: “Bu, nə düşüncədir? Nə vaxta kimi qadınlar susacaq, başını aşağı salacaq, istəklərin deməkdən çəkinəcək? Kişilər …

Ətraflı oxu »

Arif Hacılının qızından Bəxtiyar Hacıyevlə bağlı açıqlama: Yazışmalarımız 2010-cu ildə başlayıb

Müsavat Partiyası başqanı Arif bəyin qızı Natavan Bəxtiyar Hacıyevlə aralarında olan əlaqəyə münasibət bildirib. Manset.az xəbər verir ki, 25 yaşlı xanım Bəxtiyar Hacıyevin əsl niyyətindən xəbərdar olmadığını qeyd edib: “Bəxtiyar Hacıyevlə yazışmalarımız 2010-cu ildə başlayıb. Onun ən hörmətli vaxtları idi, Harvardı yeni bitirib Azərbaycana getmişdi, deputatlığa namizəd olmuşdu. O vaxtı …

Ətraflı oxu »

“Meral Akşener vahid namizəd olsaydı, müxalifət daha ciddi uğur qazana bilərdi”

Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca, müxalifət cəbhəsində əsəblər getdikcə tarıma çəkilməkdədir. İqtidar cəbhəsində gəldikdə isə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) başçılıq etdiyi “Cümhur İttifaqı” çoxdandır ki, artıq öz namizədini bəlli edib. Belə ki, partiya sədri və hazırkı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan builki seçkilərdə yenidən iştirak edəcəyini ötən il qeyd …

Ətraflı oxu »

Əslən Naxçıvandan olan Türkan Şoray haqqında maraqlı faktlar

Kulis.az türkiyəli aktrisa Türkan Şoray haqqında maraqlı faktları təqdim edir. Türkan Halit qızı Şoray 28 iyun 1945-ci ildə İstanbulda maddi imkanları məhdud ailədə anadan olub. Atası dəmir yolunda növbətçi işləyib. Anası Meliha Şoray isə evdar qadın olub. Orta məktəb təhsilinə Rami Taş məktəbində başlasa da, daim bir yerdən başqa yerə …

Ətraflı oxu »

Baş nazir: “Ukraynanın dövlət borcu 111 milyard dollara yüksəlib”

“2022-ci ildə Ukraynanın dövlət borcu 13 milyard artaraq 111 milyard dollara çatıb”. Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal mətbuat konfransında bildirib. “2022-ci ildə 38,5 milyard ABŞ dolları həcmində beynəlxalq maliyyə dəstəyi dövlət borcunun cüzi artımına imkan verib. İlin əvvəlinə dövlət borcu 111 milyard dollar olub, əvvəlki illə müqayisədə 13 …

Ətraflı oxu »

Ombudsman: “Əlilliklə bağlı süründürməçiliyin qarşısı alınmalıdır”

Azərbaycanda əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı yol verilən süründürməçiliyin qarşısı alınmalıdır. Report-un xəbərinə görə, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Məruzədə əillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı rəsmiləşdirilmiş göndərişlərə dair qərarların qəbul edilməsi zamanı …

Ətraflı oxu »

“Hacı Şahin Həsənlinin vida mərasimində kişilərin o qədər ağlaması düzgün deyildi”

“Şahin Həsənlini izləyirdim, moizələrini dinləyirdim. İnsanları o qədər cəzb etməsinin səbəblərini öyrənməyə çalışırdım. Bir tərəfdən, bu, insanların dini öyrənmək həvəsindən irəli gəlir. İkinci tərəfdən, insanların kiminsə ardınca getmək arzusu var, amma bu arzularına çatmırlar. Axtarırlar ki, bu arzunu kim reallaşdıra bilər. Şahin də oxuduğu moizələrlə elə o insanları ardınca aparmağı …

Ətraflı oxu »