Şənbə , Noyabr 17 2018
Ana səhifə / Araşdırma / Zamirə Hacıyevanı Britaniyadan çıxaracaqlar – yeni sensasion məlumatlar

Zamirə Hacıyevanı Britaniyadan çıxaracaqlar – yeni sensasion məlumatlar

Üzərində həbs qoyulmuş zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılan bankir arvadı çıxılmaz durumda; Britaniya hökuməti Tier-1 (Entrepreneur) vizası ilə Londonda yaşayan Zamirə Hacıyevanı ölkədən çıxarmaq məcburiyyətindədir…

Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri, 15 il azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı həftəsonu yeni sensasion xəbərlər yayılıb.

“The Financial Times”, “The Guardian” və digər çoxsaylı Britaniya mediasının xəbərinə görə, Zamirə Hacıyevanın üzərinə həbs qoyulmuş 400 min funt-sterlinq (təxminən 519 min 278 dollar) məbləğində qızıl-zinət əşyalarını xəlvəti satmaq cəhdi ifşa olunub. Məlum olub ki, həmin zinət əşyalarını Londondakı “Christie’s” hərrac evində satılmaq üçün verilibmiş. Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Z.Hacıyevanın on milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Məlum olub ki, yeddi il əvvəl Britaniyanın Virgin Adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar cütlüyün “Harrods”un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550″ jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Ä°lgili resim

Belə bir vəziyyətdə isə Z.Hacıyeva Britaniya polisini aldatmağa cəhd edib. Z.Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq “Boucheron” sapfir boyunbağılar, 20 min funtluq “Magic Alhambra” bilərziyi var.

Milli Kriminalla Mübarizə Agentliyi yaydığı məlumata görə, Zamirə Hacıyevanın qızı Leyla Mahmudova bu əşyaları satmaq üçün “Christie’s”ə veribmiş. “Christie’s” əməliyyat haqqında NSA-ya informasiya verən kimi müsadirə barədə qərar qəbul olunub. O da məlum olub ki, Zamirə Hacıyevanın bu zinət əşyalarını 2008-ci ildə İsveçrənin San-Morits kurortundakı butiklərdən 320 min avroya alıb.

Bu xəbərlərin ardınca isə məlum olub ki, Zamirə Hacıyeva Böyük Britaniyanın Maliyyə Cinayətkarlığı İstintaq Mərkəzində dindirilib. Teleqraf.com ttp://teleqraf.com/ xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Deutsche Welle” jurnalı məlumat yayıb.

Milli Kriminalla Mübarizə Agentliyinə  istinad edən alman jurnalının məlumatına görə,  Zamirə Hacıyeva məhz zinət əşyalarını qeyri-qanuni satmaq cəhdinə görə saxlanılıb.

Məlumdur ki, zinət əşyalarının satılmasında adı keçən Leyla Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun həyat yoldaşıdır.  Onların toyu 2012-ci ilin noyabr ayının 4-də Bakıdakı “Buta” sarayında baş tutub. İlk dəfədir ki, L.Mahmudovanın adı mediada hallanır. Bu əmələ görə ona hansısa cəza verilib-verilməyəcəyi məlum deyil. Zamirə Hacıyevanın kürəkəni Anar Mahmudovun Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri olduğu deyilir. Bakıda təsis edilən “Caspian Crystal” Holdinqə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Anar Mahmudovun bir neçə tikinti şirkəti də var.

zamirə hacıyevanın iti ile ilgili görsel sonucu

Zamirə Hacıyeva Böyük Britaniyada bu ölkənin Daxili İşlər Nazirliyi ona varlı sahibkarlar üçün nəzərdə tutulmuş viza ilə yaşamaq icazəsi verib. “Yeni Müsavat” bildirir ki, Britaniyada sahibkarlar üçün Tier 1 (Entrepreneur) vizasını almaq  üçün ölkəyə 200 min funt sterlinq investisiya qoyulması tələb olunur. İlkin olaraq bu viza 3 il 4 aylıq verilir. Bu müddət başa çatdıqdan sonra ehtiyac yaranarsa, vizanı daha 2 il müddətinə uzatmaq mümkündür. Bu viza ilə sahibkar 180 gün ərzində ölkənin hüdudlarından kənarda da yaşaya bilər. Üç il sonra isə sahibkara ölkədə daima yaşamaq hüququ da qazana bilər. Amma bunun da şərtləri var. Bunun üçün sahibkar 10 yeni daima iş yeri, 20 isə daima olmayan iş yeri açmalıdır. 3 il sonra daima yaşamaq hüququ almaq üçün daha bir variant da var. Bu o halda mümkündür ki, kompaniyanın(şirkətin) üç illik gəliri 5 milyon funt-sterlinqdən az olmamalıdır.

Tier- 1 (Entrepreneur) vizası almış sahibkar öz ailəsini də Britaniyaya gətirmək  hüququna malikdir. Bunun üçün onların maliyyəşəcəyinə təminatın vermək kifayətdir.

Beləliklə, təxmin etsək, Z.Hacıyevanın viza müddəti bitmək üzrə olmalı. Britaniyada böyük qalmaqala səbəb olmuş Z.Hacıyevanın bundan sonra vizasının uzadılaraq Londonda qalması mümkünsüz kimi görünür. Bu halda, Z.Hacıyeva Britaniyanı tərk etmək məcburiyyətində qalacaq. Barəsində axtarış qərarı olan Z.Hacıyevanın  hansı ölkəyə sığına biləcəyi maraq doğurur.

VIPedu.BIZ

Həmçinin oxuyun

BDU-da işləyən VƏZİFƏLİLƏR – Sabiq nazir, vitse-spiker, deputatlar, səfir qızı… (SİYAHI)

Xəbər verdiyimiz kimi, noyabr ayının 16-sı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov prezident İlham Əlyevin …