Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Yol polisi əməkdaşları sürücünü “divara dirəyib” 20 manatını necə ələ keçirirlər?

Yol polisi əməkdaşları sürücünü “divara dirəyib” 20 manatını necə ələ keçirirlər?

Bu da bir faktdır ki, yol polisi əməkdaşları ilə ayrı-ayrı sürücülər arasında əmələ gələn problemlər bəzən elə hallar olub ki, qarşılıqlı ictimai müzakirələrə çıxarılıb. Hətta, elə hallar da olub ki, tərəflər arasında yaşanan qarşıdurmalar “pik nöqtə”yə çatıb və baş verənlərlə bağlı məhkəmə qərarları da çıxarılıb. Düzdür, əksər hallarda xoşagəlməz amillər sərxoş sürücülərin, avtoşluq edən şəxslərin, yol-hərəkəti qaydalarını pozanların günahları ucbatından baş verib. Elə hallar da olub ki, yol polisi əməkdaşlarının qol qoyduqları qanunsuzluqlar nəticəsində olmazın oyunlar baş verib və tərəflər arasında xoşagəlməz amillər də yaşanıb. Məsələn, bir neçə gün bundan öncə saytının redaksiyaya Sabirabad rayonu, Kürkənd kənd sakini Məmmədov Vasif Valeh oğlu Məmmədov adlı şəxs tərəfindən şikayət ərizəsi daxil olub.  O, yazmış olduğu ərizəsində Sabirabad Yol Polisi şöbəsinin əməkdaşlarını qol qoyduqları qanunsuz əməllərə görə “topa tutur” və qeyd edir ki, ona məxsus 10-VX-509 nömrə nişanlı avtomobilimi 03 oktyabr 2018-ci il tarixdə yol polisi əməkdaşları rayonun Qaratəpə kəndi ərazisində hərəkətdə olarkən saxlayıb sənədlərimi tələb etdilər:”Mən sənədlərimi onlara təqdim etdim. Yol polisi əməkdaşlarından biri məni, YP-ə məxsus avtomobildə əyləşmiş kapitan rütbəli zabitin yanına göndərdi.  Ona bildirdim ki, əgər hər hansı cəzam varsa , yazın və ünvanım üzrə göndərin. Belə bir təklifimin qarşılığında həmin zabit mənə hədə-qorxu gəldi və “kameraya düşmüsən” deyə  cavab verdi. Mən yenə ona cəriməmi qeydiyyatda olduğum ünvana göndərin desəm də, “40 manat ver məsələni öz aramızda həll edək” cavabını eşitməli oldum. Belə bir cavabın qarşılığında onlara bildirdim ki, istədiyiniz pul üstümdə yoxdur, özüm də xəstəxanaya xəstə yanına gedirəm. Yol polisi əməkdaşları israrından dönmədilər. “Bəs cibində nəyin var” sualını mənə verdilər. Bildirdim ki, vur-tur 20 manatım var . Sonda mən  məcbur olub həmin pulu da yol polisi əməkdaşlarına verdim. “Mən indi gedə bilərəmmi” deyə onlara sual etdikdə, hər iki yol polisi əməkdaşı “uje kameradan çəkilişini silmişik” deyə cavab verdilər. Belə bir cavabı verən yol polisi əməkdaşından döş nişanının nömrəsini soruşduqda o, “get işinlə məşğul ol” cavabını eşitməli oldum. Ona görə də, üz-üzə qaldığım belə bir problemin KİV–də ictimailəşdirilməsinə qərar verdim. İnanıram ki, cənab Ramiz Zeynalov Sabirabad yol polisi əməkdaşlarının bu cür qanunsuz və etikadan kənar addımlarının araşdırılması yöndə müvafiq tapşırıqlarını verəcək”.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …