Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Üç nəfərlik ailənin bayram süfrəsi neçəyə başa gəlir? – ARAŞDIRMA

Üç nəfərlik ailənin bayram süfrəsi neçəyə başa gəlir? – ARAŞDIRMA

Ölkədə baharın gəlişini simvolik olaraq əks etdirən Novruz bayramı sosial-maddi vəziyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı ailəsi tərəfindən qeyd edilir. Sual doğuran bu bayramın bir ailəyə neçəyə başa gələcəyidir. 
Qeyd edək ki, həmişəki kimi, bu il də bayramı ev şəraitində keçirənlərlə yanaşı, restoranda qarşılayanlar da olacaq. Əvvəlcə restoranlardakı qiymətləri araşdırdıq.
Məlum oldu ki, xidmət sektorunun bu seqmentində qiymətlər hər il ötən ilə nisbətdə bahalaşır.
Məsələn, bu il ortabab restoranda bayram menyusunun qiyməti adambaşına 100 manat təşkil edir. Əyləncə zamanı müştərinin arzu-istəklərinin dəyəri isə əlavə hesablanır.
Ev şəraitində bayram keçirənlərə gəlincə, yuxarıda qeyd etdiyimiz kimi, üç nəfərlik ailənin bayram süfrəsini hesablamağa çalışdıq.
Süfrənin komponentlərinə plovu, eləcə də, bayram şirniyyatlarını – paxlava, şəkərbura, meyvələri, çərəzi daxil edərək əsas xammalların qiymətlərini araşdırıb hesablamalarımızı apardıq. Aşağıdakı mənzərə alındı:
Plov
Lənkəran düyüsü 1 kq – 4,90 manat
Hindistan düyüsü 1kq – 12 manat
Tamaşa düyüsü 1kq – 4.30
Sala düyüsü 1kq – 3.35
Şahənşah 1kq – 3.89
Kərə yağı çeşidindən asılı olaraq 3,70 manatdan başlayaraq 18 manata qədər yüksəlir.
Kişmiş 1 kq – 11-15 manat,
Ərik qurusu 1 kq – xarici (Türkiyə) 15 manat, yerli 6-10 manat,
Gavalı qurusu 1kq – 8 manat,
Alça qurusu 1kq – 7 manat,
Xurma 1kq – 6 manat,
Şabalıd 1kq – 11-15 manat
Soğan 1kq – 0,8 manat
Quzu əti 1kq – 12 manat
Dana əti 1kq – 11 manat
Toyuq 1kq – 4.50
Beləliklə, üç nəfərlik ailə üçün plov dəmləmək ən kobud hesablamalarla 35-40 manata başa gəlir.
Paxlava və şəkərbura
Hər iki təamın içliyi hesab edilən qoz ləpəsi keyfiyyətindən, yetişdirildiyi bölgədən asılı olaraq müxtəlif qiymətlərədir. Ordubad qozu 24-25 manat, Qəbələ qozu 22 manat, Xaçmaz qozu 20 manat, qovrulmuş qoz 30 manatdır.
Xaçmaz fındığı 14 manat, Qəbələ fındığı 15 manat, Zaqatala fındığı 18 manatdır. Qovrulmuş fındıq ləpəsi isə 17 manata təklif olunur. Badam ləpəsi 25-28 manat təşkil edir.
Unun qiyməti də növündən asılı olaraq dəyişir. Keyfiyyətli unun 1 kq 1.40 – 1.89  manat təşkil edir.
Şəkər tozu – 1 manat
Kərə yağı 1 kq-ın dəyəri 3,70 manatdan başlayaraq 18 manata qədər yüksəlir.
Broyler təsərrüfatlarına məxsus yumurtanın 1 ədədi 12 qəpik, kənd yumurtası 25 qəpiyədir.
1 litr süd – 1 – 2.40 manat
25 ədəd şəkərbura, eləcə də, paxlava hazırlanması üçün tələb edilən xammalın xərci 80 manatdır.
Meyvə
Üzüm – 7-8 manat
Portağal – 3-5 manat (marketlərdə 1,99 manat)
Naringi – 4-5 manat
Armud – 4-5 manat
Alma – 2-3 manat
Nar – 6 manat
Ananas – 7 manat
Banan – 3,5 manat
Kivi – 2-3 manat
Meyvələrin hərəsindən 1 kq olmaq şərti ilə, bazarlıq 38,5 manat təşkil edir.
Çərəz, meyvə quruları
Xurma – 6 manat,
İydə – 5 manat,
İnnab – 12-8 manat,
Fıstıq – 6 manat,
Armud qurusu – 5 manat
Çərəz və meyvə qurularının xərci 30 manatdır.
Qərzəkli qoz-fındıq
Balakən qozu 1 kq – 7 manat,
Ordubad qozu 1kq – 15 manat,
Fındıq 1kq – 6-8 manat,
Qərzəkli qoz-fındıq ən ucuz qiymətlərlə hər məhsuldan 1 kiloqram 13 manat təşkil edir.
Bayram xonçasının əsas bəzəyi hesab edilən boyanmış yumurtanın qiyməti 12- 25 qəpik arasında dəyişir.
Onu da qeyd edək ki, bazarlarda, marketlərdə hazır Novruz xonçaları, səbətləri də satılır.
Onların qiyməti isə kifayət qədər bahadır. Paxlava, buta formalı ən balaca səbət 35 manat təşkil edir. İçərisində bir neçə şirniyyat olur. Nisbətən böyüklər 250 manata qədər təklif olunur.
Bir səməninin dəyəri 2 manatdan başlayır.
Bayram şirniyyatlarını bişirməyə zamanı olmayanlar isə onları hazır şəkildə ala bilər. Şirniyyat evlərində, eləcə də, mağazalarda paxlavanın 1 kq-ı 12-14 manat, 1 ədəd qoğal 0,5 manat, 1 ədəd şəkərbura 0,6-0,7 manata satılır.
Beləliklə, üç nərlik ailənin ən sadə və əsas təamların daxil olduğu bayram süfrəsi 210 manata başa gəlir.
Bayramınız mübarək!(oxu.az)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …