Şənbə , Fevral 23 2019
Ana səhifə / Araşdırma / “Turan” İnformasiya Agentliyinin redaktoru Ermənistanda akkreditasiyadan niyə keçib?

“Turan” İnformasiya Agentliyinin redaktoru Ermənistanda akkreditasiyadan niyə keçib?

Mehman Əliyev: “Şahin Hacıyevin rəsmilərlə müsahibə alması üçün bu, şərt idi”

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən “Turan” İnformasiya Agentliyinin redaktorunu akkreditasiyadan keçirib.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Naqdalyan açıqlama verib: “Onun tərəfindən Ermənistanda jurnalist fəaliyyəti göstərmək və akkreditasiyadan keçmək üçün müraciət olunmuşdu”.

O, jurnalistin sırf professional peşə fəaliyyəti ilə bağlı Ermənistana gələcəyini açıqlayıb.    

Musavat.com xəbər verir ki, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bununla bağlı əməkdaşımıza açıqlama verib.

M.Əliyev bildirib ki, agentliyin redaktoru Şahin Hacıyev Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri ilə görüşüb: “Şahin Hacıyev onlardan bir sıra məsələlərlə bağlı müsahibələr alıb. Bunlar Azərbaycan-Ermənistan münasibətləri, Qarabağ mövzusu və Ermənistandakı vəziyyətlə bağlı olub. Silsilə müsahibələr olub və bu müsahibələr, reportajlar turan.az saytında yayımlanacaq”.

Müsahibimizin sözlərinə görə, bu rəsmi görüşlərin baş tutması üçün müvəqqəti akkreditasiya şərt olub. M.Əliyevin dediyinə görə, akkreditasiya müvəqqəti, 2-3 günlük olub: “Bu sistem əksər ölkələrdə, Azərbaycanda da belədir. Xarici jurnalistlərə ölkəmizdə rəsmi orqanlarla çalışmaq üçün müvəqqəti akkreditasiya verilir. Sabah “Yeni Müsavat”ın da əməkdaşı Ermənistana rəsmi müsahibələr üçün getsə, o da akkreditasiyadan keçiriləcək”.

M.Əliyev bildirdi ki, Ş.Hacıyev artıq Bakıya qayıdır. Onun fikrincə, bu səfər və akkreditasiya faktı “Turan”a qarşı istifadə oluna bilməz: “Çünki biz bu səfər barədə Azərbaycanın Prezident Aparatını, Xarici İşlər Nazirliyini, Sərhəd Xidmətini məlumatlandırmışıq. Müvəqqəti, üçgünlük akkreditasiya isə bu prosedurun təbii mərhələsidir”.

Həmçinin oxuyun

“SƏDƏRƏK”İN SAHİBİ DƏ KAPİTALINI XARİCƏ DAŞIYIR! – Çexiyadakı şirkətinə milyonlar yönəldib

“Son illərdə təkcə məmurlar deyil, iş adamları da Azərbaycandan pullarını çıxarırlar. Yəni, mövcud sistem heç …