Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Araşdırma / Tarixin yaddaqalan 10 ən məşhur gəlinliyi – Fotolar

Tarixin yaddaqalan 10 ən məşhur gəlinliyi – Fotolar

Hər bir qadın öz toyunda füsunkar, dəbli və yaddaqalan gəlinliyi ilə seçilmək istəyir. Bəzən bunun üçün isə tanınmışların gəlinlik modellərinə müraciət edilir.

“Qafqazinfo” tarixin ən yaddaqalan 10 gəlinliyini təqdim edir:

Monako şahzadəsinə ərə gedən aktrisa Qreys Kellinin bu gəlinliyi 400 metr parçadan hazırlanıb.

Aktrisa Odri Hepbernin çəhrayı mini gəlinliyini sevimli dizayneri Yuber de Jivanşi hazırlayıb.

Merilin Monro isə öz toyunda əsl fərqlilik yarada bilmişdi. O, gəlinlik kimi qara, üzəri mirvarilərlə bəzədilmiş modeli seçmişdi.

Əfsanəvi Con Lennonun xanımı Yoko Ono gəlinlik kimi mini libas, fata əvəzinə isə şlyapa seçimi etmişdi.

Jaklin Kennedi isə özəl günündə 50-ci illər dəbinə uyğun gəlinlik hazırlatmışdı. Bu model uzun müddət trend oldu.

Dizaynerlər Devid və Elizabet Emmanuelin xalqın sevimlisi şahzadə Diana üçün hazırladığı gəlinlik karetdə getmək üçün əlverişli olmasa da, uzun müddət gənc qızların sevərək seçdikləri model oldu.

8 dəfə ərə gedən Elizabet Teylor Riçard Bartonla nikahında geyindiyi sarı gəlinliyi və gül çələngi ilə seçilmişdi.

70-ci illərin dəb ikonu sayılan Biyanka Caqqerin gəlinliyini İv Sen Loran hazırlayıb.

Vudi Allenin gözəllik ilahəsi Mia Ferrounun gəlinliyi də uzun müddət unudulmadı.

Tarixin ən gözəl gəlinliklərindən biri də müğənni Selin Dionun Rene Ancelillə nikahında geyindiyi libası hesab edilir.

Həmçinin oxuyun

Ürək tutmasından ölən 2-ci kurs tələbəsi idmançı imiş – FOTOLAR

Xəbər verdiyimiz kimi,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ölüm hadisəsi baş verib.  Universitetinin ikinci kurs …