Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Araşdırma / Tale Bağırzadə fiziki təzyiqə məruz qaldığını deyir

Tale Bağırzadə fiziki təzyiqə məruz qaldığını deyir

Tanınmış teoloq, “Müsəlman Birliyi” hərəkatının rəhbəri, keçmişdə siyasi məhbus kimi tanınmış Tale Bağırzadə noyabrın 3-də Yasamal polisində fiziki təzyiqə məruz qaldığınlı bildirib.
O, noyabrın 3-də axşam özünün Facebook səhifəsində yazıb ki, öz ofisindən polisə çağırılıb. Rayon polisinin rəisi ondan kobud şəkildə tələb edib ki, insanları toplayaraq Milli Qəhrəman Mübariz İbrahimovun məzarını ziyarət etmək üçün yürüş təşkil etməsinin səbəblərini açıqlasın. Teoloq cavab verib ki, heç bir yürüş təşkil etməyib.
Rəislə mübahisə çox çəkib. T.Bağırzadə namaz vaxtının yaxınlaşması ilə əlaqədar onu buraxmasını xahiş edib. Lakin ona namaz qılmaq üçün getməyə icazə verilməyib və T.Bağırzadə orada ibadət etməyə başlayıb. Bu, polislərin qəzəbinə səbəb olub, onlar teoloqu döyərək üzünə, çənəsinə xəsarət yetiriblər.
“Amerikanın Səsi” T.Bağırzadə ilə əlaqə yaratmağa çalışıb, lakin o telefona cavab verməyib.
Hüquq mühafizə orqanları isə hələ T.Bağırzadənin bəyanatını şərh etməyib.

 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın