Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Suriyada İŞİD hücumu nəticəsində 3 türk əsgəri həlak olub – YENİLƏNİB

Suriyada İŞİD hücumu nəticəsində 3 türk əsgəri həlak olub – YENİLƏNİB

Suriyanın Əl-Bab şəhəri ətrafında İŞİD terrorçularının hücumu nəticəsində 3 türk əsgəri həlak olub.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, hadisə zamanı 11 əsgər yaralanıb. Döyüş davam edir.
***
Saat 12:52
İŞİD terrorçuları Suriyanın şimalında türk ordusuna aid səhra xəstəxanasının olduğu yerə hücum edib.
APA-nın “Hürriyet”ə istinadən yaydığı məlumata görə, türk əsgərləri arasında həlak olan və yaralananlar var. Xeyli sayda terrorçunun məhv edildiyi bildirilir.
Hadisə Suriyanın şimalındakı Əl-Bab yaşayış məntəqəsinə yaxın yerdə baş verib.
Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. Hazırda əməliyyatın 120-ci günüdür.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …

Bir cavab yazın