Ana səhifə / Araşdırma / Sumqayıt sələfilərinin lideri kimi tanıdılan Zöhrab Şıxəliyev azadlıqda

Sumqayıt sələfilərinin lideri kimi tanıdılan Zöhrab Şıxəliyev azadlıqda

Ötən ilin noyabrında radikallıqda və qanunsuz silah saxlamaqda ittiham  olunaraq həbs edilən, mətbuatda Sumqayıt sələfilərinin lideri kimi təqdim olunan Zöhrab Şıxəliyev azadlığa buraxılıb.
Avropa.info-ya açıqlama verən Zöhrab Şıxıliyev bu həbsin kiçik  anlaşılmazlıq olduğunu və bunu Allah tərəfindən bir imtahan kimi qəbul etdiyini deyib.
“Bismillahi-r Rahmənir – Rahim. Sələfilər hər bir çətinliyə səbr edib, baş verən müsibətlərə və imtahanlara hazır olmalıdırlar. Mənimlə bağlı baş vermiş hadisəni də bir imtahan kimi qəbul edirəm. Həmd olsun aləmlərin Rəbbinə ki, bu gün valideynlərimin, ailəmin və qardaşlarımın arasındayam. Azadlıq bir nemətdir, Allah bütün müsəlmanlara kömək olsun. Bu gün sələfilər üçün bir çox yalanlar, böhtanlar deyirlər. Əminəm ki, Allah hər şeyi öz yoluna qoyacaq. Mənim radikal, terrorçu, və sairə əməllərdən uzaq olmağım dövlətimizin apardığı araşdırmadan sonra, bir daha təsdiqini tapdı. Hüquq mühafizə orqanları araşdırma apararaq ittiham aktına öz müsbət mövqelərini yazmış və Sumqayıt məhkəməsinə də bu haqda bildirdilər. Bunu nəzərə alan məhkəmə cəzamı yüngülləşdirən hal kimi nəzərə alıb, məni 6 ay müddətinə azadlıqdan məhrum etdi. Asanlaşdıran Allaha həmd olsun. Allah dövlətimizi fitnə-fəsaddan qorusun.”
Zöhrab Şəxəliyev ona sürülən ittihamlardan da danışıb.
“Mən bir daha bildirirəm ki, sələfilər heç bir zaman hakimiyyət uğrunda mübarizə aparmayıb. Heç bir zaman hakimə, yəni dövlət başçısına qarşı çıxmamışıq. Heç zaman ölkə daxili məsələlərdə radikal mövqe tutmamışıq, ölkədə sabitliyi pozmağa cəhd etməmişik. Bu bizim əqidəyə görə, haramdır. Yeri gəlmişkən mən bu məsələnin düzgün araşdırılmasında və qərar qəbul edilməsində əməyi olan hər kəsə təşəkkür edirəm.”
Zöhrab Şıxıliyev mətbuatda onun Sumqayıt sələfilərinin lideri kimi tanıdılmasına da etirazını bildirib.
“Mən sələf camaatının lideri deyiləm. Sadə bir müsəlmanam. Mətbuatda mənim belə təqdim olunmağım doğru deyil.”

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın