Ana səhifə / Araşdırma / Səfirin öldürülməsi ilə bağlı 13 nəfər saxlanıldı – Türkiyənin 3 şəhərində əməliyyat

Səfirin öldürülməsi ilə bağlı 13 nəfər saxlanıldı – Türkiyənin 3 şəhərində əməliyyat

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı Ankara, İzmir və Aydın vilayətlərində əməliyyatlar həyata keçirilib.
Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, qətldə şübhəli bilinən 13 nəfər saxlanılıb.
Xatırladaq ki, bundan əvvəl qatilin 6 qohumunun saxlanıldığı bildirilirdi.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
Mia.az

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın