Ana səhifə / Araşdırma / Razi Nurullayevin müavinini vuran adam: “Kimsə kiminsə yaxasından tutub…”

Razi Nurullayevin müavinini vuran adam: “Kimsə kiminsə yaxasından tutub…”

Mətbuatda Razi Nurullayevin “dördüncü müavini” adlanan Səbuhi Əliyevin yazıçı Seymur Baycanın qardaşı Elvin Baycanı döyməsi haqqında məlumat yayılıb.
 
Məlumatda o da qeyd edilir ki, sabiq siyasi məhbus və sabiq AXCP üzvü Dəyanət Babayev Elvin Baycanın müdafiəsinə qalxıb və o da Səbuhi Əliyevi döyüb.
 
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Dəyanət Babayev dava-dalaşın olduğunu təsdiqləyib: “Toydan sonra söz-söhbət olub. Amma heç kimi döyməmişəm. Toydur da, toydan sonra kiminsə sözü çəp gələ bilər, dava ola bilər. Bizim də sözümüz çəp gəlib, kimsə kiminsə yaxasından tutub, qurtarıb gedib. Amma hadisə bu cür şişirdilmiş formada olmayıb. Bir maraqlı məsələ də var ki, saytlar məni Razi Nurullayevin adamı kimi təqdim edirlər. Razi Nurullayevin adamı deyiləm, Cəbhədən çıxandan sonra heç bir partiyaya qoşulmamışam”.
 
Dəyanət Babayev deyib ki, toyda ümumi tanışların sayı 18 nəfər olub: “Məlumatı ötürən adam hiss olunur ki, Razi Nurullayevin öz adamıdır. Kimdisə yəqin Razi Nurullayevi qısqanır, onun yerinə keçmək istəyir”.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın