Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / Qoşqar Təhməzlinin qardaşının işdən çıxarılma səbəbi: Dövlət çevrilişinə cəhd!!! – İLGİNC İDDİA

Qoşqar Təhməzlinin qardaşının işdən çıxarılma səbəbi: Dövlət çevrilişinə cəhd!!! – İLGİNC İDDİA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşının işdən çıxarılmağının səbəbi məlum olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş əməkdaşı olan Atəş Təhməzov dövlət çevrilişinə cəhd ittihamları ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra tutduğu vəzifəsindən kənarlaşdırılıb. Atəş Təhməzovun Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyevin yaxın kadrı olduğu bildirilir. Akif Muradverdiyev 2006-ci ildə dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilmişdi. Onun həbsi isə Qoşqar Təhməzlinin qardaşı Atəş Təhməzov və digər kadrlarının işdən çıxarılması ilə nəticələnmişdi.

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin digər qardaşı Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sabiq sədri Fərhad Təhməzovdur. O, öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün Fonda ayrılan dövlət vəsaitlərinin böyük bir qismini mənimsədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb.

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …