Şənbə , Dekabr 15 2018
Ana səhifə / Araşdırma / Porno saytlara girmək artıq çox çətin olacaq – FOTOLAR

Porno saytlara girmək artıq çox çətin olacaq – FOTOLAR

Cinsi məzmunlu, pornoqrafik saytlarda yeni mərhələ başlanır.

Musavat.com Türkiyənin “Hürriyyet” qəzetinə istinadən xəbər verir ki, bundan sonra bu cür saytlara daxil olmaq daha çətin olacaq. Necə? Artıq bu saytlara girməyə çalışanların nə ilə qarşılaşağına nəzər salaq.

Porno saytlara hər kəsin asanlıqla girə bilməsi mütəxəssisləri düşündürür və narahat edirdi. Amma həyata keçirilən yeni bir çıxış yolu sayəsində bu saytlara girmək xeyli çətinləşəcək. Necə?

Uşaqları bu sayaq saytlardan uzaq tutmaq üçün artıq cinsi, erotik, pornoqrafik xarakterli saylara girmək üçün xüsusi mərhələlərdən keçmək lazımdır. Yaşının 18 və ondan daha çox olduğunu sübut edə bilməyənlər sayta daxil ola bilməyəcək. Bu günə qədər saytlar istifadəçilərindən “18 yaşından böyüksüz” deyə soruşur və “Bəli” cavabı verənlər birbaşa bu saytlara daxil ola bilirdi. Amma bunun heç bir işə yaramadığı ortaya çıxdı. Çünki 18 yaşından kiçik olanların da yalandan özünü daha böyük təqdim etməsi mümkün versiyadır və bunun qarşısını heç cür almaq mümkün deyil.

Cinsel içerikli sitelere girmek artık çok daha zor olacak

İngiltərədə başlanan yeni bir kampaniyaya görə, bu saytlara girmək istəyənlər artıq bəzi özəl məlumatlarını paylaşmaq məcburiyyətində qalacaq ki, bu saytlara girə biləcəyi yaşın uyğun olduğu üzə çıxsın. Pasport və şəxsiyyət məlumatları və hətta kredit kartı məlumatları bu saytlara girməyə çalışanlardan tələb ediləcək. Bu məlumatları paylaşmayanlar sayt xaricində tutulacaq və milyonlarla uşağın bu şəkildə porno saytlardan kənarlaşdırılması təmin ediləcək.

Porno saytlara daxil olmaq istəyənlərdən pasport və kimlik məlumatları xaricində telefon nömrələri də tələb ediləcək. Bu, həmin şəxslərin 18 yaş və ondan böyük olduğunun isbatı üçün istifadə edilə biləcək. Ancaq ciddi bir problem var: Bu məlumatları saytlara girmək üçün kim paylaşacaq? Məlumatların gizliliyi nə olacaq? Kredit kartı məlumatları kim paylaşmaq istəyəcək?

Mütəxəssislərə görə, bu məlumatlar əsla saxlanmayacaq və 18 yaşdan böyük şəxslərin sayta girməsi təmin ediləcək. Ancaq ortada böyük bir təhlükəsizlik problemi olduğu çox açıqdır və bu yenilik xeyli müzakirə olunacaq.

Cinsel içerikli sitelere girmek artık çok daha zor olacak

Bu arada telefondan porno sayta girənlərə pis xəbər gəldi. Əgər bir dəfə də olsa bu saytlara girmisizsə, baxın sizi nə gözləyir? Dünyanın ən böyük porno saytlarına bulaşan bir zərərli təhlükə yayılmağa davam edir. Xüsusən Chrome üzərindən yayılan bu zərərli güncəllənmə computer və telefonlara hücum edir. Bu virus telefonunuza bulaşdığı anda şifrələrinizi, Facebook və Instagram kimi sosial media hesablarınızı ələ keçirə bilir. Yəni, təhlükə xeyli böyükdür.

Digər tərəfdən, sözügedən virus saytın arxa planında çalışır, gizli bir şəkildə reklamlara tıqladaraq pul qazanır və istifadəçilər də nə baş verdiyinin fərqinə vara bilmir. Ayrıca virus kompüterin ekran kartından istifadə edərək bitcoin istehsal edir, yəni, sizin belinizdən pul da qazanır.

Beləcə kompüter və telefonunuzdan istifadə edən hakerlər sizin kimi yüz minlərlə insanın cihazlarına da bulaşdığı üçün ciddi bir bitcoin istehsalı həyata keçirir. Bu tip bir virusdan qorunmaq üçün təhlükəsiz saytlara girin və virus proqramından istifadə edin.

Cinsel içerikli sitelere girmek artık çok daha zor olacak

Google porno saytlara girənləri belə izləyir:

Chrome’la birlikdə gizli nişanlı, porno saytlara girirsinizsə, təqibdəsiniz. Google rəsmən sizi izləyir və baxın nə edir?

“The Independent”in xəbərinə görə, daha çox cinsi xarakterli görünrüləri gizli nişanda açan və ardınca iz qoymaq istəməyən istifadəçiləri bir sürpriz gözləyir.

Əgər 100-ə qədər saytı telefonunuz üzərində gizli nişanla açsanız, axtatış siyahısındakı sayı göstərən hissədə 100 rəqəmi öz yerini ‘:)’ işarəsinə verir. Bu arada iPhone və Android istifadəçilərinin gördüyü işarə də fərqlidir. iPhone-dan istifadə edənlər normal gülüş –  ‘:)’ gördüyü halda, Androiddən istifadə edənlər isə göz vurma ‘;)’ işarəsi ilə qarşılaşır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Spirtli içki bazarında rəsmən xaos hökm sürür – ARAŞDIRMA

“Yetim Eyvaz” kimi tanınan mərhum şair Eyvaz Qurbanovun şeirində deyildiyi ki, araq cana ziyan olsa …