Ana səhifə / Araşdırma / Oğru “qrafikindən” danışdı: “Bir gün “işdə”, bir gün evdə”

Oğru “qrafikindən” danışdı: “Bir gün “işdə”, bir gün evdə”

Binəqədi Rayon Polis İdarəsinə yük avtomobillərindən akkumulyatorların oğurlanması barədə məlumat daxil olub.

Əməliyyatçılar rayon ərazisində saxlanılan yük avtomobillərini akkumulyatorlarını oğurlamaqda şübhəli bilinən şəxsi yaxalaya biliblər.

Xocalı rayon sakini, müvəqqəti olaraq Binəqədi rayon ərazisində məskunlaşan 35 yaşlı Azər Həsənağa oğlu Həsənov oğurladığı akkumulyatorları satmaq istəyərkən yaxalanıb.

Region TV xəbər verir ki, saxlanılan şəxs 20-yə yaxın akkumulyator oğurlayıb.

O dindirilərkən törətdiyi cinayət əməllərini etiraf edib. Şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərdiyini deyən Azər müştərisi olmayanda oğurluğa əl atdığını bildirib: “Borcum olduğuna görə eləmişəm. Götürdüyüm akkumulyatorları aparıb Zabratda 20-30 manata satırdım. Satdığım vaxtda da tutuldum elə. Gecə saat 2-dən 5-ə qədər çıxırdım. Bir gün gedirdim, bir gün evdə olurdum”.

Doqquz maşından oğurladığı 18 ədəd akkumulyatordan Azər Həsənov 550 manat xeyir götürüb. Polisin apardığı araşdırma zamanı oğurluq malların bir məntəqəyə təhvil verilməsi müəyənləşdirilib.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsində CM-nin oğurluq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın