Ana səhifə / Araşdırma / Necə oldu ki, 2005-ci ildə Fərhad Əliyev həbs edildi, amma Akif Əsgərov vəzifə sahibi oldu? – İLGİNC

Necə oldu ki, 2005-ci ildə Fərhad Əliyev həbs edildi, amma Akif Əsgərov vəzifə sahibi oldu? – İLGİNC

Azərbaycanda nəşr olunan “Tarixi şəxsiyyətlər” jurnalının 2018-ci il aprel sayı qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. Turkiyənin rəsmi mətbuatında müxtəlif vaxtlarda dərc olunmuş məqalələri toplayaraq ”Çağdaş Türkəyinin fatihi” adlandırılmış Rəcəb Tayyib Ərdoğan haqqında olan bu jurnalda ilk baxışdan qeyri-adi heç nə yoxdu.
Qardaş olkənin prezidenti Rəcəb Tayyib Ərdoğanin bu ölkədə gördüyü işləri təbliğ etmək təqdirəlayiq bir haldır. Maraqlı olan jurnalın kimlərin məsləhəti və maliyyə dəstəyi ilə işıq üzü görməsidir. Məsələn, məsləhətçi Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, yaxud Prezidentin İctima Siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, yaxud da hər hansı bir millət vəkili olsaydı bizlərə o qədər maraqlı gəlməzdi. Bəs sözugedən jurnala məsləhətçilik edən kimlərdir və bunun arxasında nələr durur? Ehtiyatda olan polkovnik Rasim Sadıxov və Sumqayıt şəhər Telekommunikasiya Qovşağının rəisi olmuş, hazırda Pirallahı rayon İcra Hakimiyyətində məsləhətçi işləyən Akif Əsgərov. Bəs görəsən bu sabıqləri Rəcəb Tayyib Ərdoğan haqqında jurnal buraxmağa nə vadar edib? Rasim Sadıxov haqqında hələlik heç bir şey deyə bilmərik. Yalnız onu bilirik ki 2004-cü ilə qədər Rabitə Naziri olmuş Nadir Əhmədovun kürəkənidir və onun sayəsində Respublika Hərbi Komissarının müavini vəzifəsinə qədər yüksəlib, işdə yol verdiyi ciddi nöqsanlara görə də hərbi sistemdən kənarlaşdırılıb. Rəcəb Tayyib Ərdoğan haqqında buraxılmış jurnalda həmməsləhətçi olduğu Akif Əsgərovla da qudadırlar və hal-hazırda birlikdə Bakının mərkəzində, Tibb Universitetinin yaxınlığında böyük yaşayış kompleksi tikintisinə sərmayə qoyub, iş görürlər. Yəni, illər uzunu yığdıqları milyonlarla pulları biznesdə yumaqla məşğuldurlar.
Bəs Akif Əsgərov kimdir? Akif Əsgərov sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevə yaxınlığı ilə tanınan bir şəxsdir. Fərhad Əliyevin dönəmində “Bakı fəhləsi” zavodunun direktoru olmuş və sözügedən zavodu taladıqdan sonra barəsində qaldırılmış cinayət işinə baxmayaraq Şirvan (keçmiş Əli Bayramlı) şəhərində “Bayva” Elektrik Enerjisi və Satışı İdarəsində mudir işləyən Akif Əsgərov çox kecmir ki, rabitə sahəsində fəaliyyətini davam etdirir. Fərhad Əliyev məlum səbəblərə görə həbs edildikdən sonra Akif Əsgərov dönüb olur Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun adamı.

Necə oldu ki, 2005-ci ildə Fərhad Əliyev həbs edildi, amma Akif Əsgərov vəzifə sahibi oldu?

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi işlədiyi müddətdə Akif Əsgərovun gördüyü qanunsuz əməllərdən dövrü mətbuat o qədər yazıb ki, bir kitaba sığmaz. Sumqayıt Telekommunikasiya Qovşağının köhnə ATS avadanlıqlarının (tərkibində qızıl və platin materialların sökülməsindən sonra) metalloma satılmasından tutmuş, kabel çəkilişində əldə etdiyi külli miqdarda dövlət vəsaitinə qədər, ”ölü canlar”dan tutmuş (12 qadının adını montyor ştatına işə götürmüşdür), telekommunukasiya qovşağını fərqli məkana çevirməsinə qədər, Sumqayıt şəhərindəki tikinti biznesindən tutmuş, Ukrayna və İrandaki biznes şəbəkəsinə qədər kifayət qədər yazılıb. Biz bütün bunlara toxunmaq istəməzdik. Bilirsiniz nəyə görə? Ona görə ki, Akif Əsgərovdan yazmağın xeyri yoxdu. O, həmişə olduğu kimi, sudan duru çıxacaq. Necə ki, yaxınlığına baxmayaraq 2005-ci ildə Fərhad Əliyev həbs edildi, amma Akif Əsgərov vəzifə sahibi oldu, 2015-ci ildə Vidadi Zeynalov həbs edildi, Akif Əsgərov azadlıqda, güya indi də Pirallahı rayon İcra Hakimiyyətində məsləhətçi işləyir, amma Tibb Universitetinin yaxınlığında yeni yaşayış binası tikdirir. Bütün bunlara baxmayaraq bir neçə aydan sonra Akif Əsgərovun hansisa bir rayona icra başçısı vəzifəsinə təyin ediləcəyinə də heç bir şübhəniz olmasın.

Elə Prezident Rəcəb Tayyib Ərdogana həsr edlmiş jurnalın bir sayının məhz Akif Əsgərov tərəfindən 8000 manat civarında maliyyələşməsi onun bu planlarından xəbər verir. Akif Əsgərovun indi də R.T.Ərdoğana yarınmaqla hakimiyyətlə qırılmış münasibətləri bərpa etmək niyyəti buradan bəlli olur. Niyə məhz R.T.Ərdoğan vasitəsi ilə? Məlum olduğu kimi Fərhad Əliyev Prezident İlham Əliyevin əfv sərəncamı ilə həbsdən azad edildikdən sonra bir müddət Respublikadan kənarda, daha dəqiq, Türkiyədə yaşadı. Ötən ilin sonlarında isə dövrü mətbuatın yazdığına görə Fərhad Əliyev Sumqayıt Sənaye Parkında sürtgü yağları istehsal edən zavod açdı. Deyilənlərə gorə sözügedən zavodun açılmasında Fərhad Əliyevə Respublikaya qayıtmasında və biznes fəaliyyətini davam etdirməsinə məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkliyi olmuşdur. Əcəba, Akif Əsgərov Türkiyə prezidentini “çağdaş Türkiyənin fatehi” adlandırmaqla nə etmək istəyir? Fərhad Əliyevin yolunumu getmək istəyir? R.T.Ərdoğanın vasitəçiliyi ilə vəzifəyəmi qayıtmaq istəyir? Amma Akif Əsgərov burada yanılır. Birinci ona görə ki, o heç vaxt Fərhad Əliyev ola bilməz. Cünki Fərhad Əliyevin bir iqtisadçı olduğuna kimsə şübhə edə bilməz. İkincisi isə Akif Əsgərov Ərdoğan çağdaş Türkiyənən fatehidirsə, bəs onda İlham Əliyev kimdir? Məgər İlham Əliyev Azərbaycan üçün az işlər görüb? Niyə İlham Əliyev haqqında da belə bir jurnal-kitab buraxdırmır??? Əgər vəzifəni İlham Əliyev verirsə, dağa-daşa düşmək nəyə lazım Akif Əsgərov? Elə İlham Əliyevin Azərbaycanda gördüyü işlərdən, onun daxili və xarici siyasətindən niyə bir kitab ortaya qoymur? Təbii ki, İlham Əliyev cənabları da heç kimin əziyyətini yerdə qoymadığı kimi, Akif Əsgərovun da arzularını yerinə yetirərdi. Əlbəttə R.T. Ərdoğana da ehtiyac olmazdı.

Akif Əsgərov fəlsəfə üzrə elmlər doktoru imiş?

Onu xüsusilə vurğulamaq istərdik ki, Akif Əsgərov həm də Fəlsəfə üzrə elmlər doktoru imiş. “Bakı fəhləsi” zavodu, “Bayva” Elektrik, Standartlaşdırma, rabitə qovşağı, icra hakimiyyəti və fəlsəfə. Bunlar nə dərəcədə uygun olan bir şeylərdir? İqtisad elmləri doktoru olsaydı, hardasa inandırıcı olardı, çünki işlədiyi yerlər birbaşa iqtisadiyyata aid olan sahələrdir… Bəs necə oldu ki, Akif Əsgərov Fəlsəfə üzrə elmlər doktoru oldu? Akif Əsgərovun barəsində üstünə işıq salınması lazım olan çox qaranlıq məsələlər var… Bu barədə növbəti yazıda… \\tezadlar.az\\

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …