Ana səhifə / Araşdırma / Nazirlik doğum evlərində araşdırmalara başladı

Nazirlik doğum evlərində araşdırmalara başladı

“Azərbaycanda neonatal skrininq proqramının pilot layihəsi hazırlanıb”.

Unikal.org report-a istinadən xəbər verir ki, bunu K.Fərəcova adına Elmi Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, artıq skrininq üçün avadanlıq sifariş olunub.

N.Quliyev qeyd edib ki, pilot layihənin hazırlanmasında məqsəd yenidoğulanlar arasında tez-tez rast gəlinən fenilketonuriya, hipotireoz, mukovissidoz, adrenogenital sindrom, qlikogenoz kimiirsi xəstəliklərin erkən diaqnostikasını təmin etməkdir.

Baş pediatr əlavə edib ki, ana südü ilə qidalanmanın kütləviliyini təmin etmək məqsədi ilə təbii qidalanma üzrə klinik protokollar hazırlanıb, eyni zamanda, doğum evlərində uşaqların qidalandırılması ilə bağlı monitorinqlərə başlanılıb: “Əsas məqsəd ölkədə uşaq ölümü göstəricisini yaxın bir-iki il ərzində inkişaf etmiş ölkələrin göstəriciləri səviyyəsinə çatdırmaqdır”.

O xatırladıb ki, bu ilin 11 ayı ərzində ölkədə 119 769 nəfər uşaq dünyaya gəlib: “2017-ci ilin müvafiq dövrü üçün bu göstərici 126 693 nəfər təşkil edib”.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …