Çərşənbə axşamı , Oktyabr 16 2018
Ana səhifə / Araşdırma / Murad Dadaşovun “Maşın şou”da reklam etdiyi universitetin hüquqi sənədi yox imiş – AÇIQLAMA

Murad Dadaşovun “Maşın şou”da reklam etdiyi universitetin hüquqi sənədi yox imiş – AÇIQLAMA

Azərbaycanın baxımlı televiziya şoularından olan “Maşın şou”un sponsorlarından olan Anadolu universitetinin hüquqi sənədi olmadığı üzə çıxıb.
 
Moderator.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsadov açıqlayıb. “Hazırda onun verdiyi diplom, sənəd hüquqi qüvvəyə malik deyil. Çünki bu təhsil müəssisəsinin fəaliyyəti üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməyib. Lakin bu o demək deyil ki, o universitetin fəaliyyəti qanunsuzdur.  Bininci ona görə ki, Anadolu Universitetinin rəsmi saytında xarici ölkələrdəki rəsmi filyalı olması barədə məlumat var və qəbul şərtləri açıqlanıb.
İkincisi, ona görə sənədləri Azərbaycand tanınmır ki, təhsil forması distantdır. Bu təhsil alma forması da 2009-cu ilin Təhsil Haqqında qanununda öz əksini tapsa da, hələki, həll olunmayıb.
Üçüncüsü: Müraciət edən vlideyinlər zəhmət olmasa ordakı təhsil alanların aqibəti ilə maraqlanıb, sonra ora müraciət etsinlər.
Kamran Əsədov adlı şəxsin şəkli.
Əgər oğlan tələbələrə verilmiş təhsil haqqında sənəd onlara hərbi xidmətdən möhlət hüququ vermirsə, bu o deməkdir ki, orada vaxt və pul itirməyə dəyməz.
Dördüncü, durub elan etmək ki, Universitet qanunsuzdur, bu biznes maraqlarına, işgüzar əlaqələrə və fəaliyyətinə ziddir. Çünki Universitetin rəsmi saytı var özü haqqında bütün məlumatları verib və bu o deməkdir ki, onlar vergi və digər ödənişləri ödəyirlər və açıq şəkildə fəaliyyət göstərirlər.”

Həmçinin oxuyun

“MADO”nun sahibi vətəndaşın haqqına girir… – “Mənim 20 evim var, hamısına qarovul çəkməliyəm?”

Artıq 10-15 ildir ki, vətəndaşlar tikinti şirkətlərinin dələduzluğu ilə qarşılaşırlar. Belə ki, bir mənzil bir …