Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / Müğənnilərin düşdüyü ağır qəzada sükan arxasında kim olub? – TƏFƏRRÜAT

Müğənnilərin düşdüyü ağır qəzada sükan arxasında kim olub? – TƏFƏRRÜAT

Müğənnilər Türkan Vəlizadə və Zeynəb Həsəninin düşdüyü avtomobil qəzasının görüntüləri kimi yayılan video əslində başqa hadisənin görüntüləridir.

BiG.AZ xəbər verir ki, Zeynəb Həsəninin prodüseri Səbinə Rəcəblinin baku.ws-ə verdiyi açıqlamasında yayılan görüntülərin həmin qəzadan olmadığını bildirdi:

“Sumqayıtın DTV telekanalının “DTV Maqazin” proqramının sosial şəbəkədə yaydığı video başqa qəzanın görüntüləridir. Düzdür, onlar paylaşımın altında, şərh bölümündə videonun şərti olduğunu qeyd ediblər. Amma bunu sonradan özlərinə yaratdıqları problemdən yayınmaq üçün ediblər. Paylaşılan videoda ağ maşın qırmızı işığdan keçərək qəza şəraiti yaradıb. Türkanla Zeynəbin qəzasında ikinci maşın ümumiyyətlə olmayıb, qırmızı işıqdan keçilməyib. Qəzaya səbəb yolun sürüşkən olması olub. Sürəti yolun sürüşkənliyinə uyğun tənzimləməli idilər. Yolun kənarındakı dirəyə çırpılıblar. Heç bir avtomobillə toqquşmayıb. Əgər belə bir şey olsaydı, toqquşduqları avtomobildəkilərin sağ qalmaları mümkünsüzdür. Ən azından ağır xəsarətlə xəstəxanaya yerləşdirilməliydilər. Belə olduqda sual yaranır; bəs o biri avtomobildəkilər haradadırlar? Niyə onlar haqqında bir məlumat yoxdur?”.

S.Rəcəbli saxta videonu yayan şəxsdən şikayət edəcəkləri bildirdi: “Yayılan saxta görüntülər internet izləyicilərdə Zeynəb və Türkana qarşı ikrah və nifrət hissi yaradıb. İki gündür sosial şəbəkələrdə yayılan o videoya görə qızları söyürlər. Çünki videonu izləyənlər qəzanın baş verməsində Türkanı və Zeynəbi günahlandırırlar. Yazırlar ki, qızlar guya içkili və ya narkotik maddənin təsiri altında olublar. Əslində isə, o qızlar spirtli içkidən istifadə etmirlər. 10 ildən çoxdur mən o qızları tanıyıram. Zeynəb dindardır, namaz qılır”.

Çox təəssüf edirəm, çox. Həmin video üzündən Türkanla Zeynəbə qarğışlar edirlər. Hətta, “kaş boyunları sınaydı” yazanlar var. Belə bir hadisədən heç kim sığortalanmayıb, xoşagəlməz rəylər yazıb insanların hisslərilə oynamaq insani hərəkət deyil. O qədər insana cavab vermək çətindir. Türkanla Zeynəbin doğmaları öz balalarının hayındadırlar. Bu şər-böhtanlar yığışdırılmalıdır. Olmayan bir şeyi danışmaq günahdır. O videonu yayanlar ən azından bunu düşünsünlər”.

Türkan Vəlizadə və Zeynəb Həsəni qəzaya gecə saatlarında düşüblər. Hər kəs qəza zamanı sükan arxasında Türkanın olduğunu düşünsə də, sükan arxasında Zeynəb olub. Həmin gün Türkan öz avtomobilinini götürməyib. Onlar həmin gecə Mirmövsüm Ağanın ziyarətinə gedirdilərmiş. Yağışlı havada yol sürüşkən olduğundan qəza şəraiti yaranıb. Qəza Hövsan yolunda baş verib. Sükan arxasında olan Zeynəb kəməri bağladığı üçün nisbətən az xəsarət alıb. Çoxsaylı ağır xəsarətlər alan Türkanın kəməri bağlamadığı ehtimal edilir. Çünkü onlar aşkar edilərkən Zeynəb sükan arxasında, Türkan isə avtomobildən kənarda uzanmış halda tapılıb. Qəzada Türkan Vəlizadənin çanağı 2 yerdən, ayağı bud hissədən və çiyni, Zeynəb Həsənlinin isə çanağı sınıb. Sənətçilərin hər ikisi aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Türkan Vəlizadə dünən cərrahiyyə əməliyyatı keçirib.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …