Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Araşdırma / Milyarderi internetdə şantaj edən iki bacı tutuldu

Milyarderi internetdə şantaj edən iki bacı tutuldu

Kanada sakini olan Ciotti və Kiran Mataru bacıları Nigeriyada bu ölkədən olan milyarder Femi Otedolanı internetdə şantaj etdikləri üçün həbs olunub.

Virtualaz.org xəbər verir ki, qızlar İnstagram-da açdıqları hesab üzərindən qaradərili  milyarderin gününü qara ediblər, ona bildiriblər ki, barəsində kompromata malikdirlər və əgər sanballı məbləğ ödəməsə arvadına necə xəyanət etdiyi barədə görüntüləri saytlarda yayacaqlar.

“The Star” yazır ki, kanadalı bacıların həbsi özəl deketivlərin apardığı təhqiqat nəticəsində baş tutub. Bildirilir ki, qızlar İnstagram və Tvitter-də eyni vaxtda bir neçə akkaunt üzərindən yazışıblar, habelə bir neçə “zibil” saylar yaradaraq 274 nəfəri tora sala biliblər. Bacıların əsasən Afrika ölkələrindən olanları şantaj etdiyi bildirilir. Matarunun İnstagram hesabının 50 mindən çox izləyicisi var. Onların toruna düşən milyarder Otedola energetika sahəsində bizneslə məşğuldur, 1.8 milyard dollarlıq sərvətə malikdir.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Kontakt Home”nin kredit şousu: alıcılar necə “yüklənir”? – 128 faizlik kredit… + CƏDVƏL

Azərbaycanda mobil telefonların və məişət texnikalarının satışı ilə məşğul olan “Kontakt Home” mağazasında təklif edilən …

Bir cavab yazın