Ana səhifə / Araşdırma / Masallıda “Piter Elçin”in qardaşına 25 güllə vuranın – Kimliyi açıqlanıb

Masallıda “Piter Elçin”in qardaşına 25 güllə vuranın – Kimliyi açıqlanıb

Masallı rayonunda “oğru aləmi”nin nümayəndəsinin qətlə yetirilməsi ilə bağlı rəsmi açıqlama yayılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirən Lənkəran rayon sakini Murad Quluzadə könüllü olaraq təslim olub.

Dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran ŞRPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi “UZİ” markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın