Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / Məşhur ağrıkəsicilərin ölümcül təhlükəsi açıqlandı

Məşhur ağrıkəsicilərin ölümcül təhlükəsi açıqlandı

Diklofenak ürək-damar xəstəliklərinin yaranması riskini 50 faizə qədər artırır.

Oxu.Az xəbər verir ki, araşdırmaların nəticəsi “British Medical Journal” tibbi jurnalında dərc olunub.

Araşdırmalarda yaşları 46-49 olan 6,3 milyon Danimarka sakini iştirak edib. Alimlər diklofenak qəbulunun ürək çatışmazlığı, insult və aritmiya ilə əlaqələrini müəyyən ediblər. Bununla belə, fəsadları dərman qəbulundan bir ay sonra müşahidə olunub.

Qeyd edilib ki, neqativ effekt bu preparatdan az istifadə edən şəxslərdə də müşahidə edilib.

Bundan başqa, diklofenak qəbul edən şəxslər ürək-damar xəstəliklərinə qarşı daha həssas olublar. Diklofenak həyati vacib dərman preparatlarının siyahısına daxildir. Bir çox ölkələrdə o, həkim resepti olmadan satılır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …