Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / “Keyfiyyətsiz uşaq bezlərinin satışı “Sədərək” ticarət mərkəzində həyata keçirilir…” – Ekspert…

“Keyfiyyətsiz uşaq bezlərinin satışı “Sədərək” ticarət mərkəzində həyata keçirilir…” – Ekspert…

Redaksiyamıza şikayət edən vətəndaş “Molfix” uşaq bezlərinin keyfiyyətsizliyindən şikayətlənib. Vətəndaş bildirib ki, uşaq bezlərindən maye bayıra sızır və nəticədə bu da uşağın saatlarla bədəninin nəmişlik içində qalmasına səbəb olur. Ucuz qiymətə təklif olunan bu cür uşaq bezlərinin əksəriyyəti keyfiyyətsidir.  
Məsələylə bağlı araşdırma apararaq  mütəxəssislərin də fikrini öyrənməyə çalışdıq.
Azad İstehlakçılar Biriliyinin sədri Eyyub Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə çoxlu sayda keyfiyyətsiz uşaq bezləri gətirilir:
“Bizə uşaq bezlərinin keyfiyyətsizliyi ilə bağlı hər ay iki-üç dəfə vətəndaşlar tərəfindən şikayət daxil olur. Bunlar Azərbaycana kontrabanda yolu ilə gətirilən və qeyri-qanuni istehsal olunan uşaq bezləridir. Azərbaycan bazarının təxminən iyirmi beş faizini bu cür uşaq bezləri təşkil edir və bunun da topdan və pərakəndə satışı “Sədərək” ticarət mərkəzində həyata keçirilir. Bu və ya digər bu kimi mallarla bağlı gömrük orqanları qarşısında dəfələrlə məsələ qaldırmışıq, amma hələ ki, elə bir müsbət nəticə əldə olunmayıb. Bu cür keyfiyyətsiz uşaq bezləri uşaqların həyatı üçün də təhlükəlidir”.
 Xatırladaq ki, uşaq bezlərinin tarixi iyirminci əsrin ortalarından başlayır.  Üç nəvəsinə baxan kimyaçı-texnoloq Viktor Milz işini yüngülləşdirmək üçün güclü sorma qabiliyyəti olan təbəqə hazırlayıb, uşağın alt geyiminə yerləşdirmək qərarına gəlir. İlk uşaq bezi 1956-cı ildə hazırlanır. Kütləvi şəkildə uşaq bezlərindən 1961-ci ildən istifadə olunmağa başlanıb. Əgər uşaq saatlarla dolu bezdə saxlanılarsa, ona ziyan edər. Bezlər yalnız mayeni içinə çəkir, nəcisin qatı hissəsi uşağın dərisi ilə bezin arasında qalır. Bezlər bir neçə saatlıq üçün nəzərdə tutulub. Bundan əlavə uşağı, xüsusilə də oğlan uşaqlarını bütün günü bezdə saxlamaq olmaz.
Uşaq bezlərinin ətrafa zərər vurur. Bezlər ətraf mühiti ən çox çirkləndirən məhsullar hesab olunur. Hər bir bezin çürüməsi üçün 500 ildən çox vaxt lazımdır. Hər bir uşaq isə orta hesabla 4 min bez işlədir.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …