“Kəsilərkən partlamırsa, deməli, qarpız ya yetişməyib, ya da…” – XƏBƏRDARLIQ

“Təkcə qarpızın yox, digər meyvələrin də bu cür yoxlanılması məsləhətdir”

Yay mövsümü gəldiyindən insanlar ən çox bostan bitkiləri ilə qidalanır. Qarpız və yemiş bölgələrimizdən paytaxt Bakıya daşınır. Ekspertlər isə bildirir ki, qarpızı yemək hələ ki, tezdir, bunun üçün iyulun axırını, avqustun əvvəlini gözləmək lazımdır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Moderator.az-a açıqlamasında bildirdi ki, bitkiləri yetişdirərkən ziyanvericilərə qarşı vurulan dərmanlar bitkilərə təsirsiz ötüşmür:
“Ümumiyyətlə, ziyanvericilərə qarşı vurulan dərmanlar bitkilərə də təsir edir. Nəinki bitkilərdə, meyvə ağaclarında da eyni hal baş verir. Digər tərəfdən bitkiyə verilən gübrələr də buna səbəb olur. Bunların içində azot gübrələri də var. Bunlar bitkilərə çox verildikdə, əlbəttə onlar da insan orqanizminə zərərsiz ötüşmür. Bu baxımdan bəzi meyvələri kəsərkən diqqətli olmaq lazımdır. Qarpız əgər kəsilərkən partlamırsa, bu o deməkdir ki, qarpız ya yetişməyib, ya da tərkibində müxtəlif dərmanlar var. Qarpızın tərkibində damarlar dediyimiz strukturlar var və onların sayı çox olduqda belə qarpızları yemək məsləhət deyil”.
A.Qeybulla bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyin mütəxəssisləri həmişə sahibkarlara bu işlərdə yardımçı olmalıdırlar
“Əslində bu cür yoxlamaların aparılması yaxşıdır. Təkcə qarpıza yox, digər meyvələrə də bu cür nəzarət olunmalıdır. Sahibkarlar bu bitkiləri yetişdirərkən xeyli əziyyət çəkirlər. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri sahibkarların yanında olmalı, onlara müxtəlif təlimatlar verməlidirlər. Təkcə bitkilər yox, topaq da yoxlanılmalıdır ki, onun bitki yetişdirmək üçün təkibində lazım olan maddələr varmı. Təəssüflər olsun ki, torpaqlar yoxlanılmır. Hər halda qarpızın yetişmə vaxtı avqust ayı olduğundan ona görə ekspertlər də bu ayda qarpız yeməyi məsləhət görürlər. Amma istənilən halda diqqətli olmaq məsləhətdir”.
Zdrave universal kremi zdrave forte