Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / “İşdən çıxarılmasını tələb edib”- “OBA”da baş verən bıçaqlanmanın təfərrüatı

“İşdən çıxarılmasını tələb edib”- “OBA”da baş verən bıçaqlanmanın təfərrüatı

Xəbər verdiyimiz kimi, Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Bərdə şəhər Ticarət Mərkəzində fəaliyyət göstərən “Bərdə OBA market-7” mağazasında baş verib.

OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Elvin Babayev məsələyə rəsmi münasibət bildirib. O, hadisənin təfərrüatını açıqlayıb:

“Hadisə zamanı mağaza adminstratoru 4 bıçaq zərbəsi alıb. Zərərçəkən əməkdaşımız dərhal xəstəxanaya çatdırılıb.

Hadisənin baş vermə səbəbi hal-hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hadisəni törədən Məmmədov Rahim bir gün öncədən OBA marketlər şəbəkəsinin Bərdə filialına müraciət edərək, marketdə çalışan Yeganə Məmmədovanın işdən çıxarılmasını tələb edib. Bununla bağlı mağaza administratoru şirkət təlimatlarına uyğun şəkildə Rahim Məmmədova bu məsələlərin qanunvericiliklə tənzimləndiyini, işdən çıxarılmaq üçün heç bir əsas olmadığını izzah edib. Eyni zamanda Yeganə Məmmədova Rahim Məmmədovun marketdən çıxmasını, işində ona problem yaratmamasını tələb edib. Rahim Məmmədov bir gün ərzində tələbi yerinə yetirilməyəcəyi təqdirdə problem yaranacağı ilə bağlı təhdid edib. Növbəti gün mağazaya gələn R.Məmmədov mağaza administratorunu təhqir edərək ona hücum çəkib.

Qeyd edək ki, şirkətimizə işə qəbul Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparılır. İşdən azad edilmə qanunvericiliyin tələblərinə əsasən həyata keçirilir. Rahim Məmmədov OBA marketdə çalışan Yeganə Məmmədovanın uzaq qohumudur. OBA Marketlər Şəbəkəsi baş vermiş hadisədən təəssüfləndiyini bildirir və bu cür hadisələri pisləyir. Hadisə nəticəsində xəsarət alan əməkdaşımız Ülfət Həsənova şəfa diləyirik”.

Həmçinin oxuyun

Bu il dünyadan köçmüş tanınmış simalar – ARAŞDIRMA

2024-cü ilin 3 aydan bir qədər çox hissəsini geridə qoyduq. Bu dövr cəmiyyətimiz üçün bir …