Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / İki həftə əvvəl yoxa çıxan 28 yaşlı həkim qız tapıldı – YENİLƏNİB

İki həftə əvvəl yoxa çıxan 28 yaşlı həkim qız tapıldı – YENİLƏNİB

İki həftə qabaq yoxa çıxan həkim qız tapılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Rəhimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, itkin düşən həkim tapılıb: “Araşdırmalar zamanı müəyyən olunub ki, Təranə Hacıyeva özü avtomobilini həmin ərazidə saxlayaraq tanışı ilə istirahətə gedib. Lakin bu barədə hansısa texniki problemə görə öncədən ailəsinə məlumat verə bilməməsi valideynlərini narahat edib. Buna görə də polisə müraciət ediblər. Bakıdan kənarda olan Təranə Hacıyeva sonradan ailəsi ilə əlaqə saxlayıb. Həkim hazırda sağ-salamatdır, istirahətdə olduğu müddətdə isə telefonu bağlı olub”.
*   *   *14:48
Azərbaycanda həkim itkin düşüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, martın 16-da saat 19:30 radələrində Bakı sakini, 1987-ci il təvəllüdlü Təranə Hacıyeva həkim işlədiyi Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 2 saylı poliklinikadan özünə məxsus “Mercedes” markalı 10 DL 044 nömrəli avtomobillə çıxaraq naməlum istiqamətdə hərəkət edib.
Avtomobil martın 17-də saat 17:30 radələrində Xətai rayonu, M.Mehdizadə küçəsində saz vəziyyətdə tapılsa da xanım sürücüdən hələ də xəbər yoxdur.
Xətai RPİ 37-ci polis bölməsindən həkimin yoxa çıxması ilə bağlı məlumatı sayta təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı İstintaq şöbəsində araşdırma aparılır.
Poliklinikadan isə deyiblər ki, həkim iki həftədir işə çıxmır. Harada olması barədə məlumat yoxdur.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …

Bir cavab yazın