Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “İdman kulubunu rəhbəri narkoman olduğu üçün bağladıq” – İcra başçısından açıqlama

“İdman kulubunu rəhbəri narkoman olduğu üçün bağladıq” – İcra başçısından açıqlama

Tərtər rayonunda idman klublarının fəaliyyəti qadağan edilib.
Mia.az xəbər verir ki, modern.az-ın yaydığı məlumata görə, bu haqda rayon sakinləri bildirib. Xəbərə görə, Tərtər rayonunda fəaliyyət göstərən idman federasiyaları, idman klublarının fəaliyyəti dayandırılıb və bu haqda göstəriş icra başçısı tərəfindən verilib.
Məsələ ilə bağlı Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sayta bildirib ki, İcra Hakimiyyəti belə məsələləri tənzimləmir: “Ola bilər ki, rayonda qanunsuz fəaliyyət göstərən klublar olub və onların fəaliyyəti dayandırılıb. Necə ki, bu yaxınlarda rəhbəri narkoman olan idman klubu bağlandı. Həmin klub 8 il idi ki, fəaliyyət göstərirdi. Amma onun da bağlanmasını biz icra etmədik. Bu sırf hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir. Adam narkomandırsa, onun fəaliyyəti necə dayandırılmasın ki?”.
M.Məmmədov orta məktəblərdə əlavə idman dərslərinin keçirilməsinin məhdudlaşdırıldığını etiraf edib: “Məktəb təhsil üçündür. Eyni zamanda kimlərsə də orta məktəblərdə hansısa otaqlarda özü üçün idman dərsləri keçib pul qazanmaq istəyirsə, bu, yolverilməzdir. Kiminsə təhsil müəssisəsinə göstəriş vermək ixtiyarı yoxdur ki, filankəs orada idman dərsləri keçsin”.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın