Şənbə , Aprel 20 2024
Ana səhifə / Araşdırma / Hüquq – mühafizə orqanları işçisinin maaşını verməyən “Azer City” marketilə bağlı araşdırmaya başladı – VİDEO

Hüquq – mühafizə orqanları işçisinin maaşını verməyən “Azer City” marketilə bağlı araşdırmaya başladı – VİDEO

Bir neçə gün əvvəl , Azinforum.az İnformasiya Portalının vətəndaş  Rüstəmov Kamil  Tərlan oğlunun şikayəti əsasında hazırladığı materiala hüquq-mühafizə orqanları tərəfindən ciddi reaksiya verilib.  Qeyd edək ki, həmin yazıda  şikayətçi  Bakı-Sumqayıt şosesinin kənarındakı , Xırdalan qəbirstanlığı ilə üzbəüz olan “Azer City” adlı supermaketdə kassir işləyən qızının bir neçə aylıq əmək haqqının  marketin sahibi  Əliyev Azər adlı şəxs tərəfindən verilmədiyindən gileylənib. Redaksiyamızla yenidən  əlaqə saxlayan şikayətçi bildirib ki, bir neçə gün əvvəl, onunla Abşeron Rayon Prokurorluğundan əlaqə saxlayıblar: “Onlar məndən həmin marketin müdiri Azərin telefon nömrəsini soruşdular. Sonra mənimlə Abşeron Rayon Polis İdarəsindən Emin adlı tətqiqatçı əlaqə saxladı. Məni polis idarəsinə dəvət etdi. Gedib olanlar barədə ətraflı izahat verdim. Bu gün isə mənə bildirdilər ki, iş  Müşfiq  adlı polis  zabitinin icraatındadır.  Müşfiq müəllim mənimlə söhbətində bildirdi ki, artıq mağazanın rəhbərliyindən izahat alınıb, yaxın günlərdə bu barədə mənə daha dolğun məlumat verəcəklər. Mən Azərbaycanın hüquq-mühafizə orqanlarının ədalətinə inanıram. Əminəm ki, tez bir zamanda insanların əməyini istismar edən Əliyev Azər barədə müvafiq ölçü götürüləcək”.

Qeyd edək ki, sözügedən marketin rəhbərliyi barələrində səslənən iddialara aydınlıq gətirib. Marketin rəhbərliyində təmsil olunan  Habil adlı şəxs  Criminal.az saytına bildirib  ki, həmin işçi öz istəyi ilə işdən çıxıb. Onun sözlərinə görə, Aylin Rüstəmova işə dəfələrlə gecikirdi və buna görə ona xəbərdarlıq edildi:
”İradımızı bildirən günün səhərisi o işə gəlmədi. Onu işdən biz çıxarmamışıq. Həmin adamın işdəki yeməkdən zəhərlənməsi də boş söhbətdir. Biz hər gün işçiyə yaxşı yemək bişirməsi üçün aşbazla dava edirik. Çünki işçilərin çox vaxtı burda olur və gün ərzində iki dəfə yemək yeməli olurlar. Bu sözləri deməklə nə məqsəd daşıdıqlarını deyə bilmərəm”.

Həmçinin oxuyun

Təhsil, iş və cəmiyyətə inteqrasiyadan kütləvi məhrum olmuş gözdən əlillər

Orta ixtisas təhsilli ibtidai sinif müəllimi Şəhla İmanova gözdən əlil uşaqlar üçün ölkədə fəaliyyət göstərən …