Cümə , Aprel 19 2024
Ana səhifə / Araşdırma / “Harun Yəhya” ayamalı Adnan Oktar kimdir:mason, cinsi pozğun, fırıldaqçı, İsrail agenti, yoxsa…? – Araşdırma

“Harun Yəhya” ayamalı Adnan Oktar kimdir:mason, cinsi pozğun, fırıldaqçı, İsrail agenti, yoxsa…? – Araşdırma

Ağrılı dərəcədə “Yeqova şahidləri”ni, yaxud incilçiləri xatırladan “Təkamül nəzəriyyəsinin iflası” kimi rəngbərəng bulvar nəşrinin müəllifi Harun Yəhyahamımıza tanışdır. Türkiyəli kələkbaz, son dərəcə qəribə və müəmmalı şəxsiyyət Adnan Oktar bu ayama altında gizlənir. Rusiyada çoxlarının kitab rəfində Harun Yəhyanın kitabları var, amma az-az adam Adnan Oktarın şəxsiyyətilə tanışdır. Bu adamın tarixçəsi bizim sırtıq zəmanəmiz üçün dedikcə səciyyəvidir. Dini hisslərin istismarı, kriminal, şizofreniya, cinsi pozğunluq, siyasi intriqalar, sərt konspiroloji süjetlər və casus qalmaqalları onda əcaib biçimdə çəlpəşik düşüb.

1956-cı ildə doğulmuş Adnan Oktarın gəncliyi dumana bürünüb. Onun Türkiyənin müxtəlif tibb müəssisələrindən şizofreniya diaqnozuyla ümumilikdə 7 (!) arayışı var, bunun sayəsində bir vaxtlar cinayət məsuliyyətindən azad olunub.

Adnan Oktara  qarşı artıq uzaq 1991-ci ildə narkiotik maddələrdən (kokain) istifadə haqda cinayət işi qaldırılıb, amma sürəkli məhkəmə prosesindən sonra yetərincə dəlillər olmadığından iş 1994-cü ildə bağlanıb.

90-cı illərin sonunda Türkiyədə bir sıra qalmaqallardan sonra məlum olub ki, Adnan Oktarın başçılığı altında onun dini icmasının üzvlərindən ibarət və sonrakı şantaj məqsədilə yüksəkçinli məmurlar haqda özəl informasiya toplamaqla məşğul olan mütəşəkkil cinayətkar dəstə fəaliyyət göstərib.

Amma bu da aysberqin yalnız zirvəsi olub. Məlum olub ki, qrupun özünün də daxilində ən həyasız pozğunluq atmosferi hökm sürür və bütün bu qrupun varlığı üçün, az qala, sementləyici xarakter daşıyır. Hələ 1990-cı illərdə liderləri Sərxan Çevikin ayamasıyla “Qızıl imam” adlanan bir qrup tərəfdar Adnan Oktardan ayrılıb. Adnan Oktarın ardıcılı Sərkan Ciminli bir müddətdən sonra KİV-lərə məlumat buraxıb ki, “Qırmızı İmam”ın tərəfdarları silah qaçaqmalçılığıyla məşğuldur və fahişəliyə nəzarət edirlər və bu açıqlamalar gizli kamera çəkilişlərilə müşayiət olunub. Sərxan Çevikin ardıcılları daim qalmaqallara qatılıb, cinsi zorakılıq və narkotiklərdən istifadəyə görə həbs edilib. Sərxan Çevik öz növbəsində Oktarı 40 qızdan ibarət hərəm saxlamaqda ittiham edib. Adnan Oktarla Sərxan Çevik arasındakı münaqişə aralarındakı nüfuz dairərlərinin bölünməsi tam başa çatandan sonra tədricən heçə enib.

 

“Kriminal istedadlar, qızlar və brilyantlar”

 

Adnan Oktarın camaatını da kriminal və cinsi xarakterli hər cür qalmaqallar daim əhatə edib. Məsələn, 1998-ci ildə onun camaatının üzvü, gizli kameraların quraşdırılması üzrə məşhur mütəxəssis, mason lojalarına və “Rotari klub”a əli işləyən və bu toplantılardan qalmaqallı çəkilişlər edən Sərkan Ciminlinin qətli baş verib. O, məmurlarla bağlı bir neçə qalmaqallı və qəzet və KİV-lərə düşən çəkilişin müəllifiydi. Camaatın fəaliyyətində ən önəmli istiqamətlərdən biri Türkiyə Respublikası Millət Məclisinin deputatları üçün “cinsi tələlər” deyilən hazırlıqlar idi. 1999-cu ildə Adnan Oktarın bir qrup ardıcılının deputat Cəlal Adan haqda özəl informasiya topladığı və KİV-lərə onu ləkələyən fakslar göndərdiyi aydınlaşarkən növbəti qalmaqal baş verib. Vətən Partiyasının sədri Məsut Yılmaz, Düz Yol Partiyasından deputat Meral Akşener, partiyasız Mehmet Akar, habelə onlarla başqa siyasətçi, məmur, jurnalist və hərbçi bu cür şantajın qurbanı olublar.

Adnan Oktarın özü 1999-da həbs olunub, ona qanunsuz gəlir əldə etmək qəsdilə qrup yaratmaq haqda ittiham elan edilib  və doqquz ay boyunca həbsdə qalıb. Adnan Oktara və dəstəsinə qarşı bütöv bir əməliyyat keçirilib, nəticədə onlarla adam saxlanıb. Bu əməliyyata başçılıq edən Türkiyə daxili işlər naziri Sadəttin Tantan bildirib ki, Adnan Oktar Türkiyə üçün kürd separatçılarının lideri Abdulla Öcalan qədər təhlükəlidir. Məhkəmə işi bir neçə ay çəkib və Türkiyə KİV-lərində geniş işıqlandırılıb.

Adnan Oktar həbsxanada olarkən müstəntiqlərin istintaqında bir sıra mühüm etiraflar edib. O bildirib ki, “cinsi tələlər”in təşkilinə əsaslanan şantaj taktikasından imtina etməyi qərara alıb – bu  cinayətə görə sərt cəza nəzərdə tutulduğunu eşitmişıdi. “Biz köhnə kassetlərin hamısını məhv etmişik. Bundan sonra küncə qısnamaq istədiyimiz adamların sifətlərini pornofilmlərdən və dərgilərdən götürdüyümüz təsvirlərə montaj edərək şantaj etməyə başladıq. İş bitəndə bizdəki təsvirləri məhv etdik”.

Camaat üzvlərinin öz övladlarını illərlə görməyən və onları evə qaytarmaq istəyən valideynləri polisə müraciət etməyə başlayanda Oktarın həbsi bir neçə qalmaqala əsas verib. Amma əksəriyyəti anonim zənglər alaraq məhkəmə iddiasından imtina edib. Deməli, məsələn, qızını son dəfə 1989-da 15 yaşında görmüş Güzidə Aydoqmuş deyib ki, şikayətlə Adnan Oktara müraciət edir, amma buna hüquqi xarakter vermək istəmir. Ona təhdidlər gəlib-gəlmədiyi haqda suala cavab verib ki, qızının yoldaşları onunla dostcasına söhbət ediblər və məhkəməyə ərizə verməməyi qət edib .

Gənc fotomodellər Tuqçe Doras və Seçkin Piriler də polisə verdikləri ifadələrdən eynilə bu cür naməlum səbəblərdən imtina ediblər. Onlar sorğu zamanı boyunlarına alıblar ki, Oktarın özü də daxil olmaqla camaat üzvləri onları seksə məcbur ediblər.

Oktarın cinayətkar qrupu haqda iş üzrə adı keçən şahidlərin ifadələri nəticəsində bu camaatın strukturu da təxminən aydınlaşıb. Baş imam (Adnan Oktar). Ona daha yaxın ardıcıllar qrupu – imamlar (Bahadir Güvən, Fırat Dəvəlioğlu və s.) Qardaşlar (camaatın müxtəlif fəaliyyətlərdə fəal çalışan kişi qismi) və bacılar (camaatın Oktarın “imam” dərəcəsinə çatdıqlarını qəbul etdiyi və başqa qızlardan hicab saxlaması ilə daha çox seçilən qadın bölümü). Məşuqələr (cariyələr), yəni yoxlamadan keçməyən və camaatın işində köməkçi rolunu oynayan qızlar. “Mühərriklər” – bu camaatın dilində camaata təzəcə daxil olan və qayda və imtiyazların əksriyyətinə aid edilmədiyi təzə gələn qızları belə adlandırırlar. “Tam iman gətirməyənlər”in məhz bu kateqoriyasından “cinsi tələlər” qurmaqda, habelə camaatın kişi qisminin cinsi tələbatının ödənilməsində daha çox istifadə olunub.

Adnan Oktarı 18 ilədək məhkum etməliydilər. Bu qədər müddəti ittihamçı tələb etmişdi, amma əsas şahidlər öz ifadələrindən və onun ünvanına hansısa iddialardan imtina etdiklərinə görə proses işə düşmədi. Hər şeydən göründüyü üzrə, kimsə olduqca nüfuzlu adam işə qarışıb, çünki Adnan Oktarın özü də sona kimi düşünürdü ki, həbsdə qalacaq.

 

Rüsvaylıqdan sayğıya

 

2000-ci illərin əvvəlində Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra Adnan Oktar üçün yetərincə firavan dövr başlanıb. O öz biznesini genişləndirib, televiziya kanalı açıb və asudə, amma kifayət qədər qalmaqallı xadim rolunu davam etdirib. Lakin canlı efirdə Qərbin dəbdə olan “Oppa Gangnam Style” kimi hitləri altında üzündə batman-batman makiyaj olan yarıçılpaq qızların əhatəsində diskotekalardan daha qəribə heç nə fışqırtmayıb.

Oktar Türkiyədə işə salınan İslamın tolerant və yumşaq versiyasının legitimləşməsinə yönəlik, Qərbin yəhudi-xristian sivilizasiyasının parametrlərinə cavab verən və türklərə Avropa Birliyinə uğurla inteqrasiya olunmaq imkanı verəcək dinlərarası dialoq layihəsində fəal iştirak edib. Hər şeydən göründüyü üzrə, bu layihədə iştirak onun qaranlıq keçmişini də, televiziya efirindəki ziyansız hoqqalarını da Türkiyənin indiki rəhbərliyi üçün vaz keçən edib.

 

Yalan missiya, mason və İsrail lobbisinin agenti?

 

Ancaq Adnan Oktar son illərdə ifrat mühafizəkar nəqşbəndi İsmayılağa camaatına göstərilən basqıyla bağlı çox mühüm siyasi intriqaya cəlb olunmuşdu. Bunun məğzi bundaydı ki, Türkiyədəki bu son dərəcə çoxsaylı camaat hakim Ədalət və İnkişaf Partiyasına deyil, Nəcməddin Ərbakanın “Milli görüş” doktrinasının tərəfdarlarına dəstək verir. Onlar bir qayda olaraq seçkilərdə Ərbakanın özünün yaratdığı “Fəzilət” və Rifah partiyalarının xələfi olan “Səadət” partiyasına səs verirlər. Türkiyədə 2012-də camaat liderinin sağ əli – Əhməd Xoca Cubbəli böyük qalmaqalın mərkəzində görünəndə böyük səs-küy qalxıb. Onu kölə qadın alverində ittiham ediblər – uzaqdan-uzağa Cübbəlini xatırladan şəxsin və son dərəcə biabırçı şəraitin təsvir olunduğu videoyazı buna əsas verib. Cubbəliylə bağlı çəkilişin hazırlanmasında çoxları, artıq deyildiyi kimi, Türkiyədə gizli izləmə mikrokamerasının  quraşdırılması, iri məmur və biznesmenlərin şantajı qəsdilə seks qalmaqallarının təşkili üzrə komandasında məşhur mütəxəssislər iştirak edən məhz Adnan Oktardan şübhələniblər.

Adnan öz televerilişinin efirində bildirib ki, pornoqrafik yazılı kassetə şəxsən baxıb. Təsdiqləyib ki, səhnələr quraşdırma deyil və onda kənar yamaqlar yoxdur. O habelə deyib ki, təsbit edilən onu qəzəbləndirib (sual – onda bu iyrəncliyə niyə baxıb?) və bu, biabırçı başısoyuqluq nümunəsidir. Adnan aşağıdakı sözlərlə Cübbəliyə üz tutub: “Oğlan, sən çox təmiz camaata mənsubsan. Sən Mahmud Xocaya qara yaxmağa necə cürət etmisən? Sən təmiz adamları şərəfsizliyə düçar edərək necə özünü belə apara bilirsən?”

Qeyd etmək lazımdır ki, Cübbəli bu qalmaqala qədər mason və “İsrail agenti” adlandırdığı Adnan Oktara qarşı olduqca kəskin tənqidə kökənmişdi. Onların arasındakı münaqişə Cübbəlinin Oktarda psixi xəstəxanadan arayış olduğunu xatırlatmağı unutmadan ona “yalançı Mehdi” deməyindən başlanıb. Adnan Oktar cavabı yubatmayıb və Cubbəlini Ərgənəkona (Türkiyədə güclü və hərbi rəhbərliklə bağlı gizli təşkilatın olduğu haqda konspiroloji nəzəriyyə) bağlı adam adlandırıb. Hər iki xadim bir-birini məhkəməyə verib. Cübbəli artıq həbsdə olanda gözlənilmədən mövqeyini dəyişib, bir sıra ifadələrə görə Oktar qarşısında rəsmən üzr istəməyi qət edib, Adnan Oktar bundan sonra onun azad edilməsinə “yardım olub”.

Adnan Oktar bir müddət əvvəl Cübbəlini hətta mərhəmətlə İmam Mehdiylə bağlı mövzuları izah etməyə müvəkkil edilən “şagirdi” adlandırmağı özünə rəva bilib.

Adnan Oktarın bu intriqaya qatılması, habelə “Mavi Mərmərə”ylə bağlı münaqişənin tənzimlənməsində Türkiyə və İsrail tərəfləri arasında ikitərəfli təmasların təşkili və “Azadlıq donanması”nın həlak olan üzvlərinin ailələrinə təzminat ödənişində birbaşa iştirakı haqda son bəyanatları onun siyasi çəkisinin bir qədər artdığı və xarici dəstəkdən istifadə edən və İsrail lobbisinin Türkiyədəki təmsilçilərindən biri olan bu əcaib simanın heç də təsadüfi olmayan xarakterindən xəbər verir.

Bu mövqeyin teoloji ifadəsi İslam Mehdisinin yəhudi Maşiaxı ilə eyniləşdirilməsi olub və yetərincə birmənalı eyhamlar vurulub ki, Adnan Oktarın özü də bu cürdür (yəni İmam Mehdidir-red.). Bu şübhəli iddia camaatın bir sıra internet nəşrlərində və televiziya verilişlərində onun ardıcılları tərəfindən müsəlman, xristian və yəhudi dini qaynaqlarının “da Vinçi kodu” bestsellerinin ağlasığmaz konspiroloji sxemləri üslubunda alleqorik şərhinə əsaslanan geniş, inandırıcı baza yaradılır.

Bütün bu əhvalatın əfsanəvi nəticəsi Adnan Oktarın 2013-cü il sentyabrın 13-də İtaliyanın mason lojalarından  birinin böyük magistri Janfranko Pilloni və Vatikandan hansısa baş keşişin curluğu ilə özünün televizya kanalında görünməsi olub – bundan son dərəcə həzz alan Oktarı canlı efirdə 33-cü səviyyəli masonluğa keçiriblər.

Bəzi yerlərdə açıq məzhəkəyə keçən bütün bu oyunun nə demək olduğunu, qraf Kaliostroya Türkiyə parodiyasını xatırladan bu şübhəli personajın hansısa pərdəarxası güclərə ümumən nə üçün gərəkdiyini söyləmək çətindir…

Tərcümə Strateq.az-ındır.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …