Hakimin Vidadi Zeynalov və digərlərinə yeni il təbriki: “Dövlətə dəymiş zərəri…”

Dekabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə davam etdirilib.

İlk şahid Əliyev Qaraş olub. O, təqsirləndirilən 11 nəfərdən heç birini tanımadığını söyləyib. Şahid Tərtərdə poçtda işlədiyini və istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib.

Digər şahid Rafiq Rüstəmov təqsirləndirilən şəxsləri tanıdığını və onların yaxşı insan olduğunu söyləyərək istintaqa ifadəsini təsdiqlədiyini qeyd edib.

Şahid Murtuza Səfərov eynəyi olmadığı üçün məhkəmədə şahid andını oxuya bilməyib. Sabiq aparat rəhbəri Vidadi Zeynalov ona eynəyini təklif etsə də, bu da şahidin hərfləri görməsinə kömək etməyib.

Vəkil Şahin Rəfiyev məhkəmədə andı oxuyub, şahid isə təkrar edib. “Azərpoçt” MMC-də çalışdığını deyən Murtuza Səfərov istintaqa ifadəsini təsdiq etdiyini bildirib.

2 saylı poçt filialının rəhbəri Yaşar Seyidov da məhkəməyə şahid qismində çağırılanlardan olub. O da istintaqa ifadəsini təsdiqləyib.

Şahid Məzahir Quliyev məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin hamısını tanıyır.

Hazırda Rabitə və Yüksək Texnokogiyalar Nazirliyində mühəndis vəzifəsində çalışan M.Quliyev istintaqa ifadəsini təsdiq edib.

Digər şahidlər olmadığından hakim məhkəmənin yanvarın 6-na təxirə salındığını deyib.

Hakim Əfqan Hacıyev məhkəmə prosesində iştirak edənlərin və təqsirləndirilən şəxslərin yeni il bayramını da təbrik edib.

“Hamınızın bayramını təbrik edirəm. Arzu edirəm ki, yeni ildə dövlətə dəymiş zərəri ödəyəsiniz. Allah qapınızı açsın” – deyə hakim təbrikinə əlavə edib.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Zdrave universal kremi zdrave forte