Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Hacı İbrahim qohumunun intiharından danışdı

Hacı İbrahim qohumunun intiharından danışdı

“Məzahir Cəfərov baş verənlərlə bağlı çox fikir edirdi. Həssas insan idi və bu səbəbdən baş verənləri ürəyinə salırdı. Buna görə də, sağalmaz xəstəliyə tutulmuşdu”.

Bu sözləri məşhur iş adamı Hacı İbrahim Nehrəmli yaxın qohumunun intihar etməsinə münasibət bildirərkən deyib. Biznesmenin sözlərinə görə, qohumu xəstəliyə düçar olduğu üçün çox sarsılmışdı.

“Beynində pis xassəli şiş vardı. Bilirdi ki, xəstəliyi müalicəsizdir. Öləcəyini bilirdi və ona görə də, tez bir zamanda problemlərini həll etmişdi. Onun şərikilə tikdirdiyi binalardakı mənzilləri bir neçə nəfərə satmışdılar. Artıq onlar problemi həll etmişdilər. Onun borcu yox idi”, – deyə Hacı İbrahim Nehrəmli bildirib.

Onun sözlərinə görə, Məzahir Cəfərov beyin xərçəngi olduğunu biləndən sonra çox sarsılıbmış və özünə gələ bilmirmiş.

“Məzahir Cəfərov evli idi, 2 qızı yetim qaldı”, – deyə Hacı İbrahim Nehrəmli vurğulayıb.

Qeyd edək ki, Məzahir Cəfərovun adı bir müddət əvvəl mətbuatda hallanmışdı. Bildirilirdi ki, tikinti dələduzluğuna, bir mənzilin bir neçə nəfərə satılmasına görə, Məzahir Cəfərov həbs edilib, Sahib İbrahimov isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu hadisə İbrahimovun şəriki İlham Qasımovla apardığı məhkəmə prosesində uduzmasından sonra baş vermişdi. Ali Məhkəmənin qərarına əsasən, İbrahimovun Rövşən Əliyev küçəsində tikdiyi 24 mərtəbəli 4 bina İlham Qasımova verilmişdi.

Məlumat üçün bildirək ki, bu binaları “Galaxy Palace” şirkəti tikirdi. İstintaq zamanı 8 milyon yeyintinin olduğu aşkarlanmışdı.

Özünü asan Məzahir Cəfərov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qaynı, Hacı İbrahim Nehrəmlinin yaxın qohumudur. (ANSPRESS)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın