Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / FHN Qaxda uşaq bağçasındakı yanğınla bağlı məlumat yaydı

FHN Qaxda uşaq bağçasındakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün axşam saatlarında Qax rayonundakı uşaq bağçalarından birində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, rayonun Cəlayir kəndində İcra Hakimiyyətinə məxsus, ümumi sahəsi 252 m2 olan kürsülü birmərtəbəli, 7 otaqdan ibarət uşaq bağçasında yanğın nəticəsində 1 otağın yanar konstruksiyaları və dam örtüyü 50 m2 sahədə yanıb.

Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:28-də söndürülüb.

*   *   *22:53

Qax rayonunda yerləşən körpələr evində yanğın baş verib.

“Report”un məlumatına görə, yanğın bu gün axşam saatlarında rayonun Cəlayir kəndindəki 11 saylı körpələr evində qeydə alınıb.

Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti hadisə yerinə cəlb olunub.

Yanğın söndürülüb.

Məlumata görə, bağçanın 1 otağının 38 kvm hissəsi və çardağın 12 kvm hissəsi yanıb. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın