Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Eldar Mahmudovun həbsi üçün sübutlar toplanıb –Zakir Qaralov siyasi qərarı gözləyir

Eldar Mahmudovun həbsi üçün sübutlar toplanıb –Zakir Qaralov siyasi qərarı gözləyir

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbs olunmaması cəmiyyətdə ciddi narazılıqla müşaiyyət olunmaqdadır. Hətta əksər ekspertlər, icimai xadimlər Baş prokuror Zakir Qaralovu  Eldar Mahmudovdan çəkinməkdə, onu həbs etməyə cəsarət etməməkdə günahlandırır.
Moderator.az xəbər verir ki, Gununsesi.info-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi bir məlumatda məsələnin heç də belə olmadığı bəlli olub. Belə ki, MTN-in rəhbərliyinə daxil olan mütəşəkkil cinayətkar dəstənin həbsdə olan üzvlərinin cinayət işlərinin istintaqında Eldar Mahmudovun həbsi üçün kifayyət qədər hüquqi zəmin yarandığı, sübutlar ortaya çıxdığı bəlli olub. MTN-nin həbsdə olan yüksək vəzifəliləri istintaqa ifadələrində Eldar Mahmudov barəsində ifşaedici faktlar açıqlayıb.
“Ancaq Mahmudov istintaqa cəlb olunsa da həbs olunmaması sırf siyasi məsələdir” deyən qaynağımız aəlavə edir: “Eldar Mahmudovun həbsi üçün ölkə başçısının göstərişi lazımdır. Bu olmayınca Zakir Qaralovun həbs etməsi imkansızdır”.
Eldar Mahmudovun törətdiyi bütün cinayətlər nazir işlədiyi dönəmlərdə sahib olduqları varidat barəsində ölkə rəhbərliyinə lazimi informasiyalar təqdim edilib. “Baş prokuror oturub siyasi qərarı gözləyir” deyə mənbəmiz əlavə edib.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın