Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Araşdırma / DYP RƏİSİNƏ QARŞI ŞOK İTTİHAMLAR! – “Minimal tası 500 manatdır” (AUDİO)

DYP RƏİSİNƏ QARŞI ŞOK İTTİHAMLAR! – “Minimal tası 500 manatdır” (AUDİO)

Bu gün Vatsap sosial şəbəkəsində bir sürücünün səs yazısı yayılıb.

“AzPolitika.info”nun məlumatına görə, bir neçə saat ərzində minlərlə adamın telefonuna göndərilən səs yazısında Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polkovnik-leytenant Cavanşir Ələkbərovun ünvanına ağır ittihamlar səslənir.

Bildirilir ki, bu polis rəisi 005 nömrəli “Toyota Camry” markalı avtomobillə “Babək” prospektində hərəkətdə olan sürücüləri təxribata çəkir, onların qarşısında çox aşağı sürətlə hərəkət etməklə sürücüləri manevr qaydalarını pozmağa təhrik edir, bu zaman DYP peyda olur və sürücülər avtoxuliqanlıqda ittiham olunaraq, maşınları cərimə meydançasına aparılır. Bundan sonra “rəisin yanındakı adamla” bazarlıq başlayır, kimisi 500, kimisi 400, “dizini yerə atıb yalvaranlar” isə 300 verməklə canını qurtarır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bu səs yazısı ilə bağlı Avtosfer.az-a bildirib ki, Cavanşir Ələkbərov daim ərazidə olan, xidmətdə fərqlənən rəislərdən biridir. Bu səsi yayan şəxs isə ümumilikdə yol polisinin fəaliyyətinə kölgə salmağa çalışır: “Əgər onun əlində fakt varsa, görüntünü, foto və videonu da götürüb rəsmi qaydada müraciət edərdi. Görünür, qayda pozub, cərimə edilib, bu üzdən də guya yol polisini ləkələməklə qisas almağa çalışır”.

vaqif esedov

Vaqif Əsədov bildirdi ki, səs yazısı DYP rəhbərliyinin göstərişi ilə araşdırılıb və deyilənlər təsdiqini tapmayıb: “Bir daha deyirəm, bunu sübut edəcək faktlar varsa gətirib təqdim etsin, araşdırıb tədbir görək. Amma gizlin şəkildə səs yaymaqla heç bir nəticə əldə etmək mümkün deyil”.

Qeyd edək ki, əvvəllər Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olmuş (2016-ya qədər) Cavanşir Ələkbərovla bağlı oxşar səpkili şikayətlər əvvəllər də olub. Bu barədə mediada da yazılar verilib. 

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …