Ana səhifə / Araşdırma / Cahangir Hacıyevin axtarışda olan arvadının mülklərini əlindən aldılar – sıradakı iki tanınmış isim…

Cahangir Hacıyevin axtarışda olan arvadının mülklərini əlindən aldılar – sıradakı iki tanınmış isim…

Böyük Britaniyada “oğru oliqarx ovu” başladı; Azərbaycanla Birləşmiş Krallıq arasında hüquqi yardımlaşma barədə rəsmi əməkdaşlıq müqaviləsi yoxdur və bu səbəbdən də Zamirə Hacıyevanın həbsi mümkün olmur; Ziya Məmmədovun oğlu və həbsdəki bankirin yeznəsi də növbəti hədəf ola bilər…    

Son günlər Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri, məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin adı yenidən mətbuatın gündəmindədir. Yerli mətbuatda onun haqqında məlumatları Bakıdan çıxmaq yasağı qoyulan bacısı tirajlayır.

C.Hacıyevin bacısı bu günlərdə iddia edib ki, qardaşı ona yeni ittiham verilməsinə etiraz edərək aclıq aksiyası keçirir, amma onunla vəkilləri görüşə bilmir, üstəlik doğmaları ilə telefonla danışmaq yasağı qoyulub. Penitensiar Xidmət isə bu iddiaları təkzib edir.

Qeyd edək ki, rəsmi şəkildə C.Hacıyevə hansı maddələrlə yeni ittiham verildiyi açıqlanmayıb, amma bacısının iddiasına görə, söhbət Beynəlxalq Bankın Moskva filialındakı külli-miqdarda yeyintilərdən gedir. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından az qala 15 milyard manata yaxın pullar kreditlər adı altında müxtəlif layihələrə, kağız üzərində offşor şirkətlərin hesablarına yönəldilib və geri qayıtmayıb.

Bu arada isə C.Hacıyevə birbaşa aid olan sensasion xəbər yayılıb. Bu dəfə isə Britaniyada… Virtualaz.org  “Banksta” adlı Telegram-kanala istinadən məlumat verir ki, çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində məhkəmə həbsdəki bankirin xanımı Zamirə Hacıyevanın Londonda dəyəri 28.5 milyon dollar olan elit malikanəsini müsadirə etmək barədə qərar çıxarıb. Belə ki, məhkəmə prosesində Z.Hacıyevanın vəkilləri həmin daşınmaz əmlakın qanuni şəkildə əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməyiblər. Britaniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə Ofisi artıq bəyan edib ki, Z.Hacıyeva ərinin Beynəlxalq Bankından çıxardığı pullar hesabına özünə Londonda iki daşınmaz əmlak alıb. Bundan əvvəlki məhkəmə dinləmələrində bildirilirdi ki, bankir xanımı Londonda kraliçalarsayağı həyat tərzi keçirib. O, özəl təyyarədən istifadə edib, bir dəfə isə Londondakı “Harrods” univermağından 16 milyon funt sterlinq məbləğində alış-veriş həyata keçirib. Dinləmələrdə başqa fakt da açıqlanıb: bankir xanımı 150 min funt sterlinqə brilyant alıb. Bildirilir ki, o, əmlakın müsadirəsinə dair çıxarılmış hökmdən verdiyi apelyasiyanı ötən həftə London Yüksək Məhkəməsində uduzub.

Ä°lgili resim

“Yeni Müsavat” bildirir ki, bu barədə ilk dəfə bu ilin iyununda məşhur “Daily Mail” qəzeti yazmışdı. Orada Z.Hacıyevanın vəkili Ceyms Lyuisin də mövqeyi var idi. Vəkil Milli Cinayət Agentliyini (“National Crime Agency”) müdafiə etdiyi şəxsin (Z.Hacıyeva) əri (C.Hacıyev) haqqında həqiqətə uyğun olmayan mövqedə günahlandırmışdı. Vəkil bildirirdi ki, qadının əri doğrudan da uğurlu iş adamı olub, amma ölkəsində “ədalətsiz məhkəmə hökmü nəticəsində həbsxanadadır”. Vəkil iddia edirdi ki, qadının əri nə qədər ki, həbsxanadadır, əmlakın qanuni gəlirlə əldə edilməsini sübut edə bilməz. Bunun üçün onun ərinin azadlıqda olması lazımdır.

Qeyd edək ki, Azərbaycanda Zamirə Hacıyeva barəsində həbs qərarı 2016-cı ilin iyunun 1-də çıxarılıb və o, beynəlxalq axtarışa verilib. Cahangir Hacıyevin həyat yoldaşının barəsində həbs-qətimkan tədbirini Nərimanov Rayon Məhkəməsi  çıxarıb. Z.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 179.1.2 və 179.1.3 maddələri ilə ittiham irəli sürülüb. C.Hacıyevin arvadı 2009-2015-ci illərdə plastik kartlarla Azərbaycan ərazisində və bir çox xarici ölkələrdə olan bankomatlardan Beynəlxalq Bankdan 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə cəmi 18 milyon manat) çıxarıb.

Bu pullar C.Hacıyevin arvadı və ailə üzvləri üçün təyyarə biletlərinin, qızıl-zinət əşyalarının alınmasına, təhsil haqlarının ödənilməsinə, Avropanın dəbdəbəli istirahət mərkəzlərində dincəlməyə, gözəllik salonlarında göstərilən xidmətlərə, restoranlara və digər şəxsi məqsədlərə xərclənib.

Z.Hacıyeva barədə məhkəmə qərarından o da məlum olurdu ki, bankir arvadı xeyli müddət əvvəl – 15 noyabr 2014-cü ildən Bakını tərk edib və bir daha Azərbaycana  qayıtmayıb.

Ä°lgili resim

C.Hacıyevin məhkəmə prosesinin birində (2016-ci il 3 oktyabr) sabiq bankirin vəkili Aqil Layıcov bu işlə bağlı sensasion açıqlama vermişdi. Vəkil bildirmişdi  ki, Zamirə Hacıyevanın ölkəyə gətirilməsi üçün xüsusi əməliyyat qrupu Londona göndərilib. A.Layıcov iddia etmişdi ki, əməliyyat qrupu Zamirə Hacıyevanı Britaniya hökumətindən alıb gətirə bilməyib. Məlumata görə, Azərbaycanla Birləşmiş Krallıq arasında hüquqi yardımlaşma barədə rəsmi əməkdaşlıq müqaviləsi yoxdur və bu səbəbdən də Z.Hacıyevanın həbsi və ekstradisiyası mümkün olmur.

Ä°lgili resim

Bu, Böyük Britaniyada çirkli pulların yuyulmasına qarşı mübarizə qanunu çərçivəsində xarici vətəndaşlar tərəfindən korrupsiya yolu ilə əldə edilmiş əmlakın müsadirəsinə dair ilk qərardır. Amma son olmaya bilər. Çünki adları korrupsiyada hallanan bəzi azərbaycanlı oliqarxların və iş adamlarının da Londonda dəyəri milyonları aşan malikanələrinin olması sirr deyil. Britaniyanın Cinayətkarlığa qarşı Mübarizə Agentliyi yaydığı hesabatda bildirilirdi ki, Londonu çirkli pulların yuyulması və qanunsuz daşınmaz əmlakın alınması mərkəzinə çevirən şirkətlər və dövlətlər arasında Azərbaycanın da adı var. Həmçinin digər beynəlxalq hesabatlarda Z.Hacıyevanın qızının həyat yoldaşı, sabiq MTN şefi Eldar Mahmudovun oğlu Anar Mahmudovun da adına rast gəlinir.

Ötən ilin yanvarında isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun da Londonda dəyəri milyonlarla dollar olan mənzil aldığı xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Londonun mərkəzində tikilmiş çox bahalı “One Hyde Park” yaşayış kompleksində mənzil sahiblərindən biri də Anar Məmmədovdur. İndi onlar üçün də təhlükə yaxınlaşmaqdadır…

musavat.com

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …